Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

İnformasiya müstəvisində aparılan heç bir kampaniya Azərbaycanın milli maraqlarına zərbə vura bilməz ŞƏRH

İnformasiya müstəvisində aparılan heç bir kampaniya Azərbaycanın milli maraqlarına zərbə vura bilməz ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə regionda deyil, beynəlxalq mediada da geniş rezonans doğurdu. Dövlətimizin başçısı bu çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları, xüsusilə Zəngəzur dəhlizinin regional iqtisadi əməkdaşlıq və kommunikasiya baxımından əhəmiyyətini vurğuladı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, müsahibə Azərbaycanın sülhə, əməkdaşlığa və çoxtərəfli əlaqələrin inkişafına açıq dövlət olduğunu göstərən mühüm siyasi mesaj kimi qəbul edildi. Lakin dərhal sonra, avqustun 27-dən etibarən Rusiya Federasiyası ərazisindən Azərbaycan əleyhinə kütləvi informasiya kampaniyasının başladığı müşahidə olundu.

“Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə qarşı Komissiyasının ötən gün paylaşılan bəyanatında bildirilir ki, kampaniya əsasən sosial media platformalarında, bəzi televiziya kanallarında və xəbər portallarında aparılıb. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı tarixi faktlara söykənən cavabı kontekstdən çıxarılaraq təhrif olunmuş formada Rusiya auditoriyasına təqdim edilib. Məqsəd isə aydındır: Azərbaycanı əsassız şəkildə təcavüzkar və ya regionda gərginlik yaradan tərəf kimi qələmə vermək, Rusiya ictimaiyyətində anti-Azərbaycan əhvali-ruhiyyəsi formalaşdırmaq. Bu prosesdə Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, eləcə də saxta sosial media profillərindən və bot şəbəkələrindən geniş istifadə olunub”, - deyə müsahibimiz əlavə edib.

Deputat bildirib ki, diqqət çəkən digər məqam isə Azərbaycanın sosial media seqmentinə hədəfli reklamlar vasitəsilə təxribat xarakterli məlumatların yerləşdirilməsi olub. Bu, hibrid müharibənin tipik üsullarından biridir və məqsəd informasiya məkanında çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etməkdir. Azərbaycan tərəfi təxribatçı kampaniyanın qarşısını almaq üçün dərhal hərəkətə keçdi. Milli Məclisin müvafiq Komissiyası bəyanatla çıxış edərək, bu cür informasiyaların heç bir real təsir gücünə malik olmadığını, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirə predmeti olmadığını vurğuladı. Eyni zamanda, aidiyyəti dövlət qurumları, o cümlədən media və kibertəhlükəsizlik strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərərək saxta profillərin və təxribatçı kontentin yayılmasının qarşısını almaq üçün praktiki addımlar atmağa başladı.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi regionda yeni əməkdaşlıq mərhələsinə keçidin anonsu idi. Azərbaycan artıq postmünaqişə dövründə Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini müəyyən edən əsas aktorlardan biridir.

E.Akimovanın sözlərinə görə, bu reallıq bəzi qüvvələr tərəfindən qıcıqla qarşılanır. Xüsusilə Zəngəzur dəhlizi kimi layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi balans yaradır. Məhz buna görə müəyyən mərkəzlər Azərbaycanın mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün informasiya hücumlarından istifadə edirlər.

“Son hadisələr bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi azı hərbi və iqtisadi təhlükəsizlik qədər vacibdir. Azərbaycan dövləti isə həm diplomatik, həm də texnoloji müstəvidə bu cür təhdidlərə qarşı kifayət qədər hazırlıqlı olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin qlobal miqyasda sülh və əməkdaşlıq çağırışlarını, regional inkişaf modelini bir daha gündəmə gətirdi. Eyni zamanda, Azərbaycan cəmiyyəti və dövlət institutları göstərdi ki, informasiya müstəvisində aparılan heç bir kampaniya ölkəmizin milli maraqlarına zərbə vura bilməz”, - deyə E.Akimova fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri