Böyük missiyaların adamı
Icma.az, Azvision saytına istinadən bildirir.
Müəllif arxiv sənədlərinə əsaslanaraq Əziz Əliyevin xüsusən Dağıstanda fəaliyyət göstərdiyi illəri başqa rakursdan işıqlandırmaqla, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edib.
Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyətinin ilk aylarında hərbi hissələrin formalaşdırılması, döyüş batalyonlarının və partizan dəstələrinin yaradılması, səfərbərlik ilə bağlı ən mühüm büro qərarları verilmişdi. Bunun nəticəsində respublikanın bütün bölgələrindən 120 min insan orduya cəlb edilmiş, müdafiə obyektlərinin tikintisi ilə bağlı çoxlu işlər görülmüşdü. Həmin dönəmdə dağlılara inam artmışdı. Sonradan Dağıstan Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin təşəbbüsü ilə Dağıstan gənclərini əsasən azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasına daxil etmişdilər.
1943-cü ilin yanvar-iyul aylarında DMSSR Xalq Komissarları Soveti və partiyanın Dağıstan Vilayət PK Bürosu Dağıstan xalqlarından Qızıl Ordu sıralarına könüllülərin cəlb edilməsi haqqında bir sıra qərarlar qəbul edib. 1943-cü il fevralın 17-dək cəbhəyə göndərilmək üçün 12 mindən çox müraciət daxil olmuşdu. Burada ən vacib məqam odur ki, Əziz Əliyev əsasən azərbaycanlılardan formalaşdırılmış 416-cı Taqanroq diviziyasının tərkibində dağıstanlılardan ibarət süvari eskadrilyanın yaradılmasının təşəbbüskarı kimi çıxış edir və buna nail olur.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosunun QƏRARI:
10 sentyabr 1943-cü il.
416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan fəhlələrinə məktubu haqqında
Dağıstan süvari eskadrilyasının daxil olduğu 416-cı Taqanroq atıcı diviziyası Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə Ali Baş Komandan, Sovet İttifaqının Marşalı yoldaş Stalin, Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsində əla hərbi əməliyyatlara görə diviziyaya minnətdarlığını bildirərək, bu diviziya “416-cı Taqanroq atıcı diviziyası” adını vermişdir.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosu QƏRARA alır:
1. Dövlət Müdafiə Komitəsinə və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə təklif edilsin ki, 416-cı Taqanroq atıcı diviziyasında olan Dağıstan xalqının igid oğullarının şücaətlərini bütün sovet zəhmətkeşlərinə çatdırımasına kömək etsinlər;
Onların şücaəti 1943-cü inin sentyabr ayının 6-cı nömrəsində “Daqestanskaya pravda” qəzetində dərc edilmişdir.
416-cı Taqanroq atıcı diviziyasının komandanlığına cavab məktubu təsdiq edilsin;
3. Diviziya komandanlığına, Dağıstan süvari eskadrilyasının əsgər və zabitlərinə hədiyyələr təşkil edilsin;
4. Dağıstan süvari eskadrilyasının hərbi şücaətlərini təbliğ etmək üçün “Daqestanskaya pravda”nın baş redaktoruna icazə verilsin ki, Taqanroqun azad edilməsində Dağıstan oğullarının iştirakı ilə bağlı materiallar toplamaq üçün diviziyaya xüsusi müxbir İ.Vinniki göndərsin;
5. Respublika qəzetlərinin redaktorlarını və radio Komitəsinin rəhbərini 416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan zəhmətkeşlərinə məktubunu çap edib yayımlamaq üçün dəvət etsinlər;
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin katibi Ə.Əliyev.
(DDMPA, f. 1, s. 24, iş. 15, s. v. 263).
Buradan bir haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, diviziyanın yaranması o qədər də asan olmamışdır. Azərbaycan K(b)P-nin ikinci katibi işləmiş Mirhəsən Seyidov öz xatirələrində bu barədə ağrı və acı ilə danışıb: “Kerç faciəsini eşidən Mir Cəfər Bağırov çox narahat oldu və Mexlisə möhkəm qəzəbləndi. Çünki Mexlis nəyin bahasına olursa-olsun, Kerç körfəzi vasitəsilə Krım yarımadasına daxil olmaq əmrini vermişdi. Bu vəzifələri yerinə yetirməli olan diviziyalar isə əsasən azərbaycanlılardan formalaşdırılmışdı. Həmin cəhd zamanı açıq dənizdə alman bombardmançıları bu əsgərləri daşıyan bütün gəmiləri məhv etmişdilər. Buna baxmayaraq, əməliyyatın davam etdirilməsi və Krım yarımadasına daxil olmaq üçün təkrar əmr verilmişdi. Bu dəfə alman bombardmançıları diviziyanın bütün heyətini darmadağın etmiş, köməksiz əsgərlər sadəcə olaraq dənizdə boğularaq həlak olmuşdular.
Mexlisin səriştəsiz əmri haqqında Sevastopolun müdafiəsi üzrə quru qoşunları komandanının müavini və sahilyanı ordunun rəhbəri İ.Petrov M.C.Bağırovu məlumatlandırır və deyir ki, “Bir neçə gündən sonra soydaşlarınızdan heç kim sağ qalmayacaq. Mən heç nə edə bilmirəm (Mexlisi nəzərdə tutur). Lütfən, müdaxilə edin və təcili tədbirlər görün. Xahiş edirəm, mənim adımı çəkməyəsiniz”.
Azərbaycanlılar Sovet Ordusunun tərkibində faşist Almaniyasına qarşı qəhrəmancasına vuruşurdular. Amma təəssüf ki, əksəriyyəti rus dilini bilmir, döyüş zamanı verilən bir çox komanda və əmrləri başa düşmürdülər. Buna görə də tez-tez nizamnaməni pozduqlarına və ya əmri yerinə yetirmədiklərinə görə hərbi tribunala verilirdilər.
1942-ci il yanvar ayının sonunda Stalin L.Z.Mexlisi siyasi rəhbərliyin nümayəndəsi kimi Krım cəbhəsinə göndərdi. O isə adətinə uyğun olaraq, kömək göstərmək əvəzinə rəhbər kadrları qatıb-qarışdırmağa başladı. Hər şeydən əvvəl, cəbhənin qərargah rəisi Tolbuxini general-mayor Veçni ilə əvəz etdi. Cəbhənin hazırladığı hücum dəfələrlə təxirə salındı, Mexlis yalnız komandirlərlə mübahisə etməkdəydi. Mayın 7-də almanlar özləri hücuma keçdilər və bir gün sonra cəbhənin müdafiəsini yardılar. Nəticədə Krım yarımadası Kerçlə birlikdə düşmən tərəfindən ələ keçirildi. ( “Avropadakı son hüdudlarda” )
Hərbi hissələrdə “Azərbaycanlıdan döyüşçü çıxmaz” söz-söhbəti yayılırdı. Bu, əlbəttə ki, əsgərlərin mənfi reaksiyasına səbəb olur, onları təhqir edirdi. Bununla bağlı M.C.Bağırov Stalinin qarşısında çıxış etdi və hər şeydə, o cümlədən də Kerçdəki uğursuz əməliyyatda Mexlisi günahlandırdı.
Mexlis Stalinə göndərdiyi hesabatda baş verənlərə görə cəbhə komandiri D.T.Kozlovu günahlandırırdı. Cavabında Stalin Mexlisə yazırdı: “Siz Krım Cəbhəsinin işlərinə cavabdeh olmayan qəribə bir kənar müşahidəçi mövqeyi tutmaqdasınız. Bu mövqe əlverişli, amma tamamilə çürükdür... Siz Krım Cəbhəsinə Dövlət Nəzarətçisi (L.Z.Mexlis Dövlət Nəzarəti Xalq Komissarı vəzifəsini tuturdu - A.M.) kimi yox, Baş Komandanlığın məsul nümayəndəsi kimi göndərilmisiniz. Siz bizim Kozlovu Hindenburq tipli birisi ilə əvəzləməyimizi tələb edirsiniz. Amma bilməyə bilməzsiniz ki, bizim ehtiyatda hindenburqlarımız yoxdur. Krımdakı işləriniz mürəkkəb deyil və bunların öhdəsindən özünüz də gələ bilərsiniz. Əgər siz hücum aviasiyasından əlavə işlər üçün deyil, düşmənin tanklarına və canlı qüvvəsinə qarşı istifadə etsəydiniz, düşmən cəbhəni yara bilməz, tanklar müdafiə xəttini aşıb keçməzdi. İki ay Krım cəbhəsində heç bir nəticəsiz oturaraq belə bir sadə şeyi başa düşmək üçün Hindenburq olmaq lazım deyil” (İ.V.Stalin, L.Z.Mexlisə teleqram, 9 may 1942-ci il. Mənbə: Stalin İ.V. Əsərləri.-T. 18.-Tver: “Soyuz” İnformasiya-Nəşriyyat Mərkəzi, 2006, s. 291).
İyin ayının 3-də Çadayev Stalinin qəbul otağında cəbhədən gəlmiş Mexlislə görüşdü. Çadayev danışırdı ki, o, Mexlislə Kerç yarımadasındakı döyüşlərdə məğlubiyyətinin səbəbləri barədə söhbət edərkən “Stalin qapıda göründü. Mexlis oturduğu yerdən sıçradı: “Salam, yoldaş Stalin! İcazə verin, məruzə edim”. Stalin yerişinə haram qatıb, bir anlıq yuxarıdan-aşağı Mexlisə baxdı, həyəcanlı səslə dedi: “Lənətə gələsiz Sizi!” Və dərhal da kabinetə girib qapını arxasınca çırpdı. Mexlis yavaş-yavaş əllərini yanlarına endirdi və pəncərəyə tərəf çevrildi...
Sonralar Poskrebışevdən öyrəndim ki, Mexlis həmin gün bir müddət sonra nəhayət ki, Stalinin qəbulunda ola bilib. Krım fəlakətinin günahkarı sözün əsl mənasında rəhbərin ayaqlarına düşübmüş. (Tarixçi Yuri Yemelyanovun “Pravda” qəzetindəki “Ali Baş Komandan” məqaləsi )
Cəbhə komandanı D.T.Kozlov, Hərbi Şuranın üzvü, diviziya komissarı F.A.Şamanin, cəbhənin qərargah rəisi P.P.Veçni və bir sıra başqa komandirlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, Kozlov və Şamaninin rütbələri də aşağı salınır. L.Z.Mexlis Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırıldı və rütbəsi korpus komissarınadək endirildi. Qızıl Ordunun Siyasi İdarəsinin rəhbəri ÜK(b)P MK-nın katibi və Siyasi Büro üzvlüyünə namizəd A.S.Şerbakov oldu.
Bundan sonra cəbhəyə göndərilən Azərbaycan əsgərləri də daxil olmaqla 416, 77, 223-cü hərbi hissələr təşkil olundu. Hərbi hissələrin milli əlamət üzrə siyasi mülahizələrlə yaradılmasında məqsəd həm də sovet xalqının Böyük Qələbəsinin beynəlmiləl səciyyəsini vurğulamaq idi.
416-cı diviziya Taqanroq şəhərini azad edəndən sonra “416-cı Taqanroq diviziyası” adlandırıldı.
Bu diviziya da daxil olmaqla dağlıların olduğu hərbi hissələrdə Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü ilə respublika ziyalılarının müntəzəm tədbirləri təşkil edilirdi.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosunun Qərarı:
Kareliya cəbhəsində olan Sovet İttifaqı Qəhrəmanı Səid Əliyevlə görüşmək üçün təbliğat briqadasının göndərilməsi haqqında
Kareliya Cəbhəsinə Sovet İttifaqı Qəhrəmanı yoldaş Səid Əliyevlə görüşmək üçün aşağıdakı siyahıda adları çəkilənlər göndərilsinlər:
1. Batırov A.K. - DMSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsinin rəisi - komandanın rəhbəri.
2. Trunov D.M. - yazıçı.
3. Rəsul Həmzətov - şair.
4. Yusup Mollayev - rəssam.
5. Əli - Sovet İttifaqı Qəhrəmanı Səid Əliyevin atası.
6. Əsgər Sarıca - DMSSR-nın əməkdar artisti - heykəltəraş.

Dağıstan yazıçılarının 2-ci Qvardiya Süvari Korpusunda əsgərlər, komandirlər və siyasi işçilərlə görüşmək və dağıstanlıların Vətən uğrunda döyüşlərdə iştirakı ilə bağlı materiallar toplamaq üçün cəbhəyə göndərilməsi haqqında
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin bürosunun Qərarı:
12 aprel 1944-cü il.
1. Aşağıdakı göstərilən Dağıstan yazıçıları, əsgərlər, komandirlər və siyasi işçilərlə görüşmək və dağıstanlıların Vətən uğrunda döyüşlərdə iştirakı ilə bağlı materiallar toplamaq üçün 2-ci Qvardiya Süvari Korpusuna - cəbhəyə 2 ay müddətinə ezamiyyətə göndərilsin: T.Ədjmətov, R.Həmzətov, D.Trunov.
DMSSR Xalq Komissarları Sovetinə tapşırılsın - yoldaş Daniyalov yazıçıların səfəri ilə bağlı xərclər məsələsini həll etsin.
3. Ağababov yoldaşa göstəriş verilsin ki, cəbhəçilərə sovqatların vaxtında göndərilməsini təşkil etsin.

Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü ilə respublikanın zəhmətkeşləri ilə Dağıstandan olan Qızıl Ordunun əsgərləri arasında müntəzəm yazışmalar təşkil olunurdu. Sovet əsgərləri Vilayət Partiya Komitəsinə göndərdikləri çoxsaylı məktublarda Dağıstan zəhmətkeşlərinin fədakar əməyinə, ümumi məqsədə - faşizm üzərində qələbəyə nail olmaq üçün göstərdikləri vətənpərvərlik fəaliyyətlərinə görə minnətdarlıqlarını bildirirdilər.
Dağıstanlılar müdafiə fonduna 500 milyon rubldan çox vəsait keçirmiş, əsgərlər üçün bir milyon ədəddən çox isti paltar, 200 minə yaxın qoyun dərisi və xəz palto, 300 min kq yun toplanmış, 140 vaqon ərzaq və geyim hədiyyələri göndərmişdilər.
Müharibə illərində hərbi qulluqçuların ailələrinə yardımın göstərilməsi, təxliyə edilmiş əhalinin məşğulluğunun təmin edilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülürdü. Bu məsələlərlə bağlı DMSSR Xalq Komissarları Soveti və Dağıstan Vilayət Komitəsi tərəfindən xüsusi qərarlar qəbul edilmişdi.
1 noyabr 1943-cü il tarixli qərarda sovet və partiya təşkilatlarından hərbçi ailələrinə müavinət və təqaüdlərin vaxtında verilməsini, onları tikinti materialları, sənaye malları və geyimlə təmin etmək, onlara tərəvəz bağları üçün torpaq sahəsi ayırmaq və digər köməklər göstərmək xahiş olunurdu. Körpələr evlərinə, uşaq bağçalarına və uşaq evlərinə gündəlik diqqət yetirilməsi, onların ərzaq və yanacaqla təmin olunması məsələləri vurğulanırdı.
Məhz bu ağır müharibə illərində Dağıstandakı fəaliyyətinə görə Əziz Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Lenin ordeni”, SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1943-cü il tarixli Fərmanı, “Qırmızı Əmək Bayrağı” Ordeni, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli Fərmanı ilə “Qafqazın müdafiəsi uğrunda” medalı ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 iyun 1944-cü il tarixli Fərmanı ilə o, ikinci dəfə “Lenin ordeni” ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Almaniya üzərində qələbəyə görə” medalı ilə və 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “I dərəcəli Vətən Müharibəsi Ordeni” ilə təltif edilmişdir.
Sonda Adıgözəl Məmmədovu bu yeni əsəri ilə bağlı təbrik edir və ona yaradıcılığında növbəti uğurlar diləyirəm. Onun bu yeni əsərindən nəinki, tarixçilər, həm də siyasət anlayışı ilə maraqlanan hər kəs yararlana biləcəkdir.
İsmayıl Məmmədov
Bakı Dövlət universitetinin professoru
Tarix elmləri doktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.