Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Böyük coğrafiyada böyük iqtisadi güc

Böyük coğrafiyada böyük iqtisadi güc

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk dünyasının ticarət və investisiya imkanları artır

XXI əsrin türk əsri kimi səciyyələndirilməsi özünü doğruldur. Hazırda dünyanın bu və ya digər bölgəsində kəskin ziddiyyətlər yaşandığı halda, geniş əraziləri əhatə edən türk coğrafiyasında güclü intibah və inteqrasiya prosesinin şahidi oluruq.

Öz növbəsində türk dünyasını bütün türkdilli xalqları əsas ailəsi sayan Azərbaycan soy-kök, tarixi ənənələr və milli-mənəvi dəyərlər baxımından bir-birinə çox yaxın olan ölkələr və xalqlar arasında inteqrasiyanın dərinləşməsinə davamlı töhfələr verir. İndiyədək respublikamızda Türk Dövlətləri Təşkilatının (TDT) bir sıra mühüm tədbirləri uğurla baş tutub. Bakıda “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirinin baş tutması da Azərbaycanın türk birliyinin möhkəmlənməsinə göstərdiyi son dərəcə həssas yanaşmasının daha bir ifadəsidir. Tədbirdə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq  və investisiya imkanları ilə bağlı aktual müzakirələr aparılıb, bir sıra önəmli təkliflər səsləndirilib.

5 əsas istiqamət üzrə inkişaf perspektivləri

Dünyanın inkişaf perspektivlərində türk birliyinin yeri və rolu aydın görünür. Türk dünyası böyük coğrafiya, böyük mədəniyyət, artan əhali deməkdir. Burada, eyni zamanda, güclü iqtisadi potensial cəmləşib. Bakının ev sahibliyi etdiyi tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev bu barədə müfəssəl məlumatları təqdim edib. TDT-nin Baş katibi xatırladıb ki, türk dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadratkilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır. Türk dövlətlərinin ümumi ÜDM-i 4,3 trilyon ABŞ dollarından çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır. Baş katib türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb: “Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarətin həcmi hazırda ümumi ixracın cəmi 7 faizini təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir”.

İndiki geosiyasi reallıqlar fonunda türkdilli ölkələrin coğrafi yerləşməsi tranzit daşımaları üçün optimal nəqliyyat-logistika imkanlarının təqdim edilməsi baxımından müstəsna önəm daşıyır. Bu gün türkdilli dövlətləri birləşdirən Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu qismində çıxış edir. Bu dəhliz, Şimal Dəhlizindən 2 000 kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır. K. Ömüraliyev Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsinin Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacağını və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracağını vurğulayıb.

Onun sözlərinə görə, TDT-nin 11-ci Zirvə Toplantısında Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) imzalanıb və hazırda ratifikasiya prosesindədir. Fikirlərinə davam edən Baş katib vurğulayıb: “Bu saziş, TDT üzvləri arasında rəqəmsal əməliyyatlara etimadı artıracaq. Xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin yekunlaşdırılması da əsas prioritetlərdəndir. Bu addım üzv ölkələr arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artıracaq”.

Tədbirdə Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyevin bildirdiyi kimi, türk dünyasında iqtisadi əməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir. Bunlar aşağıdakılardır:

-Tticarət və investisiya üçün maneələrin aradan qaldırılması,

-Nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi,

-Regional təchizat zəncirlərinin genişləndirilməsi,

-İnnovasiya və rəqəmsal transformasiyanın təşviqi,

-Maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafı.

2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin istehsal etdiyi ümumi daxili məhsulun məcmu dəyəri 900 milyard ABŞ dollarından çox olub ki, bu da qlobal ÜDM-in 1,7 faizi deməkdir. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eyni zamanda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayevin sözlərinə görə, ötən il türk dövlətlərinin ümumi iqtisadi artımı 6 faiz olub ki, bu da qlobal iqtisadi artımı (Dünya Bankı bu göstəricinin 2,7 faiz olduğunu ehtimal edir) təxminən 2 dəfə üstələyib: “Bu rəqəmlər türk dövlətlərinin davamlı gücləndiyini əyani surətdə sübut edir”, - deyə M.Musayev bildirib.

İqtisadi inteqrasiya yolunda mühüm addım

Türk İnvestisiya Fondunun əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməkdir. Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü çərçivəsində imzalanıb. Azərbaycan Prezidentinin 30 may 2023-cü il tarixində imzaladığı qanunla sözügedən Saziş təsdiq edilib. Fond 2024-cü ildən tam fəaliyyətə başlayıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.  TİF-nun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 faiz artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb. Artım Macarıstanın Fonda qoşulması nəticəsində baş verib.

M.Musayev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır.

Yerli iş adamları üçün yaranan fürsətlər

Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-ların maliyyələşdirilməsi ilə bağlı təklifləri də nəzərə alınıb. Bu barədə tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, KOB-larla bağlı layihələrin maliyyələşdirməsi onların inkişafına dəstək olmaqla yanaşı, Fondun məqsədlərinə də töhfə verə bilər: “Fond KOB-larla bağlı layihələri maliyyələşdirməyi hədəfləyir. Bu istiqamətdə yerli sahibkarlara Fondun investisiyalarının cəlb edilməsini asanlaşdırmaq üçün birgə KOB maliyyələşdirmə proqramının yaradılması nəzərdən keçirilə bilər”.

O. Məmmədov bildirib ki, TİF nəqliyyat və logistika zəncirinin genişləndirilməsini də dəstəklədiyindən, KOB-ların regional təchizat zəncirinə inteqrasiyasını təşviq etmək məqsədilə KOB İxrac Akseleratorunun yaradılmasına dəstək verilə bilər. O hesab edir ki, ilkin mərhələdə bu platformanın rəqəmsal formatda fəaliyyət göstərməsi planlaşdırıla bilər.

“Yaşıl maliyyələşdirmə”yə toxunan KOBİA sədri vurğulayıb ki, COP29 çərçivəsində elan edilmiş “KOB-ların Yaşıl Keçidi üzrə Bakı İqlim Koalisiyası” çərçivəsində KOB-ların “yaşıl maliyyələşdirilmə”si mexanizmlərinin yaradılması və iqlim yönümlü layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur. “KOBİA ESG prinsiplərinin tətbiqini fəal şəkildə dəstəkləyir və bu məqsədlə ESGHUB platforması yaradılıb”, - deyə O. Məmmədov vurğulayıb.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see503

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see268

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see207

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see184

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see181

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri