Icma.az
close
up
RU
Böyük kişiyə böyük ehtiramla

Böyük kişiyə böyük ehtiramla

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Artilleriya Allahı”nı iftixarla anırıq

Bu gün “Artilleriya Allahı” sayılan kişinin - Əli Ağa Şıxlinskinin dünyadan köçdüyü gündür. Hörmət və rəhmətlə yad edirik.

Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski 23 aprel 1865-ci ildə Qazaxda - Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub.

O yazırdı ki, atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir.

Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.

Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əli Ağa Şıxlinskiyə "Artilleriyanın Tanrısı" ləqəbini veriblər.

1926-cı ildə Əli Ağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilib. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olub.

O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əli Ağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı. Kitab generalın ölümündən doqquz ay sonra - 1944-cü ilin may ayında nəşr olundu.

Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazıb. Həmin kitab 1984-cü ildə "Azərnəşr"də əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olundu.

General 1943-cü il avqustun 18-də, indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat etdi. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət edildi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Əli Ağa Şıxlinski görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırıldı.

Allah rəhmət eləsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Avqust 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri