Icma.az
close
up
RU
Böyük oyun uzanır: ABŞ İranla memorandumdan vaxt qazanır

Böyük oyun uzanır: ABŞ İranla memorandumdan vaxt qazanır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə Tehranla danışıqların anlaşma memorandumunda müəyyən edilmiş 60 günlük müddətdən kənara çıxmasında heç bir problem görmədiyini bildirib.

Bakıbaxtı.az xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Həmin mənbələrə görə, Amerika lideri son günlərdə Pentaqonunn rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə bir neçə görüş keçirib və orada İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalı müzakirə olunub.

Tramp hesab edir ki, əlavə tammiqyaslı hücumlar diplomatik səylərə mane olacaq və Vaşinqtonun İranın nüvə proqramının ləğvinə nail olmaq şanslarını azaldacaq.

Bəs, Tramp danışıqların uzanmasında niyə maraqlıdır?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp administrasiyası üçün İranla atəşkəs memorandumunun müddəti o qədər də böyük əhəmiyyət daşımır. Əsas məsələ belə bir sənədin imzalanması idi, ABŞ də buna nail oldu. İndi bunu istədikləri qədər uzada bilərlər. Yəni, əlavə zaman qazanmaq üçün bundan istifadə edə bilərlər.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, belə proseslər göstərilən müddətdə yekunlaşmır, adətən uzanır, nəinki aylarla, hətta illərlə uzanır:

"Bu da analoji proseslərdən biridir. Əslində, ABŞ-yə Yaxın Şərqdə nə hərb, nə sülh prinsipi ilə bir situasiyanın yaranması tamamilə sərfəlidir. Yəni, ABŞ hər an savaşa başlayacağının mesajlarını vermək üçün bəhanə qazanmış durumdadır. Yəni İrana nə vaxtsa təzyiq göstərmək lazım gələndə, savaş ehtimalını ön plana çıxarmağa başlayacaq, özünə lazım olanda da sülh mövzusunda bəyanatlar verməklə siyasi diplomatiya üzərindən öz hədəflərinə çatmağa çalışacaq".

Elçin Xalidbəyli: Tramp administrasiyası üçün İranla atəşkəs memorandumunun müddəti böyük əhəmiyyət daşımır

Politoloqun sözlərinə görə, indiki situasiya böyük ölçüdə ABŞ-nin geosiyasi və geostrateji maraqlarına tamamilə cavab verir. Digər tərəfdən, mövcud situasiya Tramp administrasiyasının siyasi maraqlarına da cavab verir. Çünki payız aylarında ABŞ-də aralıq seçkilər keçiriləcək və həmin seçkilərə savaş durumunda gedilməsi respublikaçılar, yəni Tramp administrasiyasının arxasındakı partiya üçün ciddi problemlər yarada bilərdi:

Həmsöhbətimiz bildirib ki, eyni zamanda, seçki ərəfəsində vəziyyətin necə ola biləcəyi də müəmmalı xarakter daşıyırdı. Ancaq indiki situasiyada, yəni İranla sazişin imzalanması sayəsində müəyyən aydınlıq yaranıb.

"Tramp administrasiyası əmindir ki, aralıq seçkiləri savaşın olmadığı bir dövrdə keçiriləcək. Bu da hakim Respublikaçılar Partiyasına seçkilərdə manevrlər etmək və təbliğat qurmaq, eyni zamanda parlamentdə daha çox yer qazanmaq üçün mübarizə imkanları açmış olur", - Elçin Xalidbəyli qeyd edib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri