Icma.az
close
up
RU
Böyük plan işə düşür: Qonşu ölkəyə dəhşətli hücumun qarşısı belə alındı

Böyük plan işə düşür: Qonşu ölkəyə dəhşətli hücumun qarşısı belə alındı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yerli və xarici mediada yayılan məlumatlara görə, İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırıb. Lakin ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün İsrail bundan imtina edib. İsrail ABŞ-ın hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən qoruyacağına əmin idi. Hücum vasitəsilə Tehranın nüvə silahı hazırlamaq səylərini ən azı bir il iflic etmək nəzərdə tutulurdu.

ABŞ İranla diplomatik danışıqlar yoluna üstünlük verir? İsrail və İran arasında hər hansı gərginliyin qarşısını ala biləcəkmi? İran üçün təhlükə sovuşurmu?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, əvvəlcə, Fars-Molla rejiminin formalaşmasına nəzər salmalıyıq:

“İran İslam İnqilabından sonra Molla rejiminin qurulmasında ABŞ və İsrailin ciddi rolu olmuşdur. Bu, danılmaz bir faktdır. Hər kəs bilir ki, bu rejimin formalaşması və qurulmasında Qərb ölkələri, xüsusilə ABŞ və İsrailin, eyni zamanda digər qərb təsisatlarının əhəmiyyətli təsiri olmuşdur.

Zaman keçdikcə aydın oldu ki, Molla rejimi ABŞ və İsrailin Yaxın Şərq layihəsidir. İran vasitəsilə Yaxın Şərqdə ABŞ öz maraqlarını həyata keçirməyə çalışıb və müəyyən mənada bu rejimdən alət kimi faydalanıb.

ABŞ və İsrailin İranla münasibətlərində gərginlik yaradan əsas məsələ İranın nüvə silahı əldə etmək istəyi olmuşdur. Bilirsiniz ki, İran uzun illər uranın zənginləşdirilməsi prosesi ilə məşğuldur. Əvvəllər bu proses ABŞ-la müəyyən razılaşmalar çərçivəsində 3-4% zənginləşdirmə ilə məhdudlaşdırılmışdı və bu enerji istehsalı məqsədilə həyata keçirilirdi. Lakin sonradan bu faizlərin 60-70, hətta 80%-ə qədər yüksəldiyi bildirilir. Əgər uran 90%-dən artıq zənginləşdirilərsə, bu, nüvə silahı istehsal etmək deməkdir”.

Anar İsayevin sözlərinə görə, İsrail və ABŞ bunu özülərinə ciddi təhlükə kimi qiymətləndirilir:

“ABŞ uzun müddət İrandakı Molla rejimindən bölgədə siyasətini həyata keçirmək üçün istifadə etmişdir. Lakin İran nüvə silahına sahib olarsa, bu, bölgədə və dünyada yeni bir tendednsiya yarada bilər. Çünki digər dövlətlər də nüvə silahı əldə etməyə çalışa bilərlər.

Buna görə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ və İsrail müxtəlif yollarla iqtisadi sanksiyalar, təzyiqlər və s. ilə bu ölkəyə təzyiq göstərir. Son dövrlərdə isə hərbi müdaxilə ehtimalları da gündəmə gəlmişdir.

Anar İsayev

İsrail 2025-ci ilin may ayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırsa da, Donald Trump bu addımı dəstəkləməyib. Bu səbəbdən həmin hücum ehtimalı zəif görünür.

İranda son seçkilərdə prezident seçilən Pezeşkinin ABŞ-a səfəri zamanı diplomatik danışıqlara üstünlük verəcəklərini bəyan etməsi də bu məsələdə diplomatik yolun hələ də açıq olduğunu göstərdi. Hazırda ABŞ ilə İran arasında diplomatik danışıqlar daha çox Oman vasitəsilə aparılır və görünür ki, tərəflər hərbi qarşıdurmadan daha çox diplomatik yolla problemi həll etməyə üstünlük verirlər. Əslində İran ilə İsrail arasında müşahidə olunan gərginlik, dolayısı ilə ABŞ ilə İran arasında olan gərginliyin də bir hissəsidir. Bu gərginlik tam deyil, qismən xarakter daşıyır. Çünki danışıqlardan sonra İranın ali dini lideri Xamenei də danışıqların müəyyən nəticələr verəcəyinə ümid etdiyini bildirib”.

Siyasi şərhçinin sözlərinə görə, İran üçün təhlükənin sovuşduğunu demək doğru olmaz:

“Əksinə, təhlükə hələ də qalmaqdadır. İran rejimi artıq öz missiyasını tamamlayıb və bu rejim öz son dövrünü yaşamaqdadır. ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” çərçivəsində İranın parçalanması mərhələsi hələ tam reallaşmayıb. Bu layihənin əsas məqsədi bölgədə yeni dövlətlərin yaradılması və sərhədlərin dəyişdirilməsidir. Bu prosesin Liviyada, Suriyada, Yəməndə və Qəzzada necə baş verdiyini görürü”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri