Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın regional liderliyini möhkəmləndirir ŞƏRH EDİLDİ

Böyük Qayıdış Azərbaycanın regional liderliyini möhkəmləndirir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"44-günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz qələbəmiz müasir Azərbaycanın tarixində dönüm nöqtəsi hesab olunan ən mühüm hadisədir. Tarixi zəfərimizi təcəssüm etdirən başlıca məqamları nəzərdən keçirərkən çox qısa müddətdə böyük işlərin həyata keçirildiyi “Böyük Qayıdış” proqramı mütləq şəkildə qeyd edilməlidir.

Bu proqram yalnız məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıdışını deyil, həmçinin dövlətin uzunmüddətli strateji məqsədlərinə xidmət edən genişmiqyaslı planını əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, belə ki, sosial və iqtisadi tədbirlərlə paralel olaraq Böyük Qayıdış proqramının daxili və xarici siyasətə təsirləri xüsusilə nəzərdən keçirilməlidir: "İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu proqram milli birliyimizi simvolizə etməklə sosial ədalətin bərpasına xidmət edir. Uzun illər məcburi köçkün həyatı yaşayan yüz minlərlə insan üçün doğma torpaqlarına, yurd-yuvasına qayıdış arzusu artıq reallığa çevrilib.

Təbii ki, bütün bu addımlar cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyi gücləndirir, vətəndaşların dövlətə olan inamını artırır. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda infrastrukturun yenidən qurulması, eləcə də yolların, məktəblərin, xəstəxanaların və digər obyektlərin inşası Azərbaycanın balanslı inkişaf modelinin uğurlu tətbiqini təcəssüm etdirir. Eyni zamanda, Qarabağda kənd təsərrüfatının və turizmin inkişafı ölkənin iqtisadiyyatında qeyri-neft sektorunun payını artırmaq üşün önəmli imkanları özündə ehtiva edir".

Politoloq qeyd edir ki, digər tərəfdən isə Böyük Qayıdış proqramı Azərbaycanın regional və beynəlxalq nüfuzunu müstəsna şəkildə artıran önəmli hadisə olaraq qeyd edilməlidir:

"Müharibədən yeni çıxmış bir dövlətin bu qədər böyük layihəni qısa müddətdə uğurlu şəkildə həyata keçirməsi təbii olaraq dünya dövlətlərinin diqqət mərkəzinə çevrilən hadisəyə çevrilib. Paralel olaraq Qarabağın və ətraf rayonların yenidən qurulması prosesində iştirak edən tərəfdaşlarımızla etimada əsaslanan əməkdaşlığımız genişləndirilir. Onu da mütləq şəkildə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə mülki həyatın qurulması və sabitliyin təmin olunması Azərbaycanın regional sülhquruculuğu prosesinə verdiyi ən önəmli töhfələrdən biridir.

Ümumilikdə isə Böyük Qayıdışımız Azərbaycanın regional liderliyini möhkəmləndirərək Cənubi Qafqazda sülh və inkişaf təşəbbüslərinin mərkəzinə çevrilməsinə şərait yaradır. Nəticə etibarilə, Cənab Prezidentin rəhbərliyində bu proqramın uğurlu şəkildə həyata keçirilməsi və Qarabağın dirçəlişi Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyinin, həmçinin daha güclü, dayanıqlı və nüfuzlu bir dövlət kimi öz mövqeyini möhkəmləndirməyə davam etdiyinin bariz nümunəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:395
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri