Icma.az
close
up
RU
“Böyük Qayıdış Azərbaycanın siyasi və sosial yenidənqurulmasının əsas mərhələsidir” ŞƏRH EDİLDİ

“Böyük Qayıdış Azərbaycanın siyasi və sosial yenidənqurulmasının əsas mərhələsidir” ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri hazırda Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu prosesin həm insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması, həm də regionun strateji gələcəyi baxımından böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı yalnız demoqrafik məsələlərlə məhdudlaşmır, o, eyni zamanda dövlətin iqtisadi, siyasi və sosial inkişaf modelinin yenidən qurulmasını özündə ehtiva edir: "İlk növbədə, ərazilərdə aparılan infrastruktur layihələrinin miqyası tarixi bir reallığı göstərir: Azərbaycan bu bölgələri təkcə yenidən tikmir, həm də onları müasir şəhərsalma standartlarına uyğun şəkildə sıfırdan qurur. Yol, enerji, su, rabitə, hava limanları, “ağıllı kənd” və “ağıllı şəhər” modelləri, yeni sosial obyektlər - bütün bunlar insanların təhlükəsiz və uzunmüddətli məskunlaşması üçün təməl yaradır. Bu proses eyni zamanda dövlətin bölgəni regional logistika, enerji və iqtisadi mərkəzə çevirmə niyyətini də əks etdirir. Böyük Qayıdışın siyasi aspekti də kifayət qədər stratejidir. Əhalinin həmin torpaqlara qayıtması həm Azərbaycanın suverenliyinin tam bərpasını təmin edir, həm də gələcəkdə bölgənin geopolitik əhəmiyyətini daha da artırır. İnsanların daimi məskunlaşması ərazinin yalnız hərbi nəzarətdə deyil, real sosial həyatla təmin olunmuş şəkildə idarə edilməsini mümkün edir. Bu isə həm regional sabitlik, həm də ölkənin daxili təhlükəsizliyi baxımından həlledici faktordur. Sosial və demoqrafik təsirlər də nəzərə alınmalıdır. Uzun müddət didərgin düşmüş insanların öz yurdlarına qayıtması cəmiyyət üçün psixoloji və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Burada əsas məsələ təkcə evlərin tikilməsi deyil, həm də insanların məşğulluğu, sosial rifahı və xidmətlərlə təmin edilməsidir. Buna görə də bölgədə sənaye zonalarının yaradılması, kənd təsərrüfatı layihələrinin qurulması, biznes təşəbbüslərinə dəstək mexanizmləri Böyük Qayıdışın davamlı olmasını təmin edən əsas elementlərdir. Hazırda proses ardıcıl və planlı şəkildə həyata keçirilir, lakin onun tam reallaşması zaman tələb edir. Mina təhlükəsi, infrastrukturun sıfırdan qurulması və iqtisadi fəaliyyətin bərpa olunması mərhələli şəkildə aparılmalıdır. Buna baxmayaraq, görülən işlərin sürəti və keyfiyyəti göstərir ki, Azərbaycan Böyük Qayıdış siyasətini uzunmüddətli strateji konsepsiya kimi yanaşır və bu konsepsiya həm milli maraqları, həm regional inkişafı, həm də sosial ədaləti özündə birləşdirir. Böyük Qayıdış təkcə insanlar üçün doğma ocağa dönüş deyil, həm də dövlət üçün tarixi-siyasi ədalətin bərpası, ərazi bütövlüyünün möhkəmlənməsi və regionun yeni inkişaf mərhələsinə keçidi deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri