Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Xocalı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə - 4 nəfər qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















