Icma.az
close
up
RU
“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Gününü qeyd edib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Gününü qeyd edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 may, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı 28 May - Müstəqillik Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub.

Təşkilatın İdarə Heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Sonra gənclər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni ziyarət olunub.

Tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı gənclər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini, müstəqillik tarixini özündə əks etdirən eksponatlarla, nadir arxiv sənədləri ilə, fotoşəkillər və numizmatik kolleksiyalarla yaxından tanış olublar. Ekskursiya gənclər üçün yalnız tarixi biliklər baxımından deyil, həm də emosional və mənəvi baxımdan yaddaqalan olub. Onlar muzeydəki tarixi faktlarla tanış olduqca, Azərbaycanın azadlıq və suverenlik yolunda keçdiyi mübarizəni daha dərindən dərk ediblər və bu dəyərləri qorumağın nə qədər vacib olduğunu bir daha anlayıblar.

Tədbirlər zamanı xüsusi qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Azərbaycan xalqı ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkənin nümayəndələri kimi Müstəqillik Gününü əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Regionda baş verən bütün siyasi, iqtisadi proseslər də göstərir ki, qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri