Icma.az
close
up
RU
“Böyük Qayıdış” Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 fevral, AZƏRTAC

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilatın fəaliyyətində aktivlik göstərən üzv gənclərin, Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və Təcrübə Proqramının iştirakçılarının təltifetmə mərasimi keçirilib.

Mərasimdə Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri, deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Elşad Təhməzov çıxış edərək, hər il ölkəmizdə təntənəli şəkildə Azərbaycan Gəncləri Günü kimi qeyd edilən 2 fevral tarixinin uzaqgörən siyasətçi, dahi lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin hədəflərindən biri gənclərin cəmiyyət həyatının bütün sahələrində aktiv iştirakını təmin etməkdir. Ümummilli Liderin layiqli siyasi varisi və davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hazırda gənclər siyasətini qətiyyətli və uğurlu şəkildə icra edir. Bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində aktiv şəkildə iştirak edərək gücünü göstərib.

Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində, əzəli torpaqlarımızda həyatın yenidən bərpa olunmasında və “Böyük Qayıdış” prosesində gənclərin aktiv iştirakı ilə bağlı gözləntilər də böyükdür. Bu xüsusda, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəaliyyətində aktiv iştirak edən gənclərin təşəbbüslərini yüksək qiymətləndirən çıxışçılar, bu nəcib dəstəyə görə onlara təşəkkürlərini bildiriblər.

Təltiflərdən sonra tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə davam edib.

Tədbirlər planına uyğun olaraq, “Qayıdış Könüllüləri” Proqramının Füzuli könüllüləri qrupunun iştirakı ilə Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə master-klaslar keçirilib. Fəaliyyətlərin keçirilməsində əsas məqsəd Füzuli şəhərində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. 30 nəfər yeniyetmə və gəncin iştirakı ilə baş tutan master-klaslar zamanı iştirakçılar kətan çanta və kətan tablo üzərində rəsm çəkərək, həmçinin dibçək boyayaraq əyləncəli vaxt keçiriblər.

Sonda iştirak edən hər bir gəncə hazırladıqları əl işləri təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri