Icma.az
close
up
RU
“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü bağlı tədbir keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü bağlı tədbir keçirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Təşkilat tərəfindən Vətən müharibəsində qazadığımız qələbəyə həsr olunan Zəfər abidəsinə ziyarət, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Anım və qürur günü” adlı tədbir, Vətən müharibəsi qazilərinin və Azərbaycan Könüllülərinin iştirakı ilə “Könüllü qəhrəmanlar” adlı görüş, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. 

Bu barədə “Böyük Qayıdış” Gənclər Təşkilatindan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən anım tədbirlərində təşkilat nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və tələbə gənclər iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anmaq, gənclərdə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olub.

Ayrı-ayrı tədbirlərdə edilən çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın və Ordumuzun gücünü, xalq-ordu-dövlət milli birliyini və vəhdətini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, onların əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşlərdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, iki il öncə uğurla reallaşan lokal xarakterli antiterror tədbirlərindən, xalq-ordu-dövlət birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs edib, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Nurəngiz Adilqızı

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri