Icma.az
close
up
RU
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım gününü silsilə tədbirlərlə qeyd edib AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım gününü silsilə tədbirlərlə qeyd edib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 dekabr, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb.

Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı gənclər Ümummilli Lider Heydər Əliyevin həyatı, şəxsi əşyaları, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının virtual formada təqdim edilən müxtəlif aspektləri ilə, layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, həmçinin siyasi irsini təbliğ edən video və fotoarxiv sənədlərlə tanış olublar.

Tədbirlər planına uyğun olaraq Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və Azərbaycan: keçmişdən gələcəyə” adlı panel müzakirə təşkil edilib.

Panel müzakirədə deputatlar Musa Qasımlı, Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetin prorektoru Qasım Məmmədov, Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Yusif Vəliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə iştirak ediblər.

Müzakirə zamanı Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən söz açılıb. Bildirilib ki, milli düşüncənin formalaşması, ölkədə ilk ali hərbi məktəbin əsasının qoyulması, ordu quruculuğu, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyevin misilsiz xidmətləri var.

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən qonaqlar sonda gənclərin suallarını cavablandırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri