Icma.az
close
up
RU
“Böyük Qayıdış” keçmişə dönüş deyil, gələcəyə baxışdır

“Böyük Qayıdış” keçmişə dönüş deyil, gələcəyə baxışdır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara ardıcıl səfərləri Azərbaycanın postmünaqişə dövründə Azərbaycanda formalaşmış yeni reallığın təzahürüdür. Bu səfərlər azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma siyasətinin mahiyyətini əks etdirməklə yanaşı dövlət idarəçiliyinin səmərəliliyini artıran, iqtisadi planlaşdırmanı reallaşdıran və sosial inteqrasiyanı dərinləşdirən strateji mexanizm rolunu oynayır.

Bu gün Qarabağ sadəcə bərpa olunan bir ərazi deyil, dövlətin dayanıqlı inkişaf modelini təcəssüm etdirən müasir dövlətçilik fəlsəfəsinin tətbiqi müstəviyə keçdiyi bir regiondur.

Dövlət başçısının hər bir səfəri azad edilmiş torpaqlarda görülən işləri ictimaiyyətə çatdırmaqla yanaşı həm də dövlət başçısı tərəfindən lazımi qərarların operativ qəbuluna, idarəetmə çevikliyinin və dövlət institutları arasında koordinasiyanın güclənməsinə xidmət edir. Prezidentin birbaşa iştirakı şəffaf icra mexanizminin formalaşmasına, xalq–dövlət birliyinin möhkəmlənməsinə və dövlət siyasətinin praktiki nəticələrinin nümayişinə mühüm töhfə verir.

“Böyük Qayıdış” proqramı artıq təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlara dönüşü deyil, Azərbaycanın bərpa və inkişaf strategiyasının mərkəzində dayanan ümummilli inkişaf konsepsiyasını ifadə edir.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu siyasətin strateji çərçivəsini müəyyənləşdirib. Həmin proqramın icrasının nəticəsi olaraq hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 2027-ci ilədək 140 min nəfərin Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıdışının təmin olunması planlaşdırılır.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” dövlət siyasətində sabitliyin, planlı və məqsədyönlü şəkildə uğurlu fəaliyyətin bariz nümunəsidir. Prezidentin 2025-ci il 30 may tarixli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. 2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Xüsusi Komissiya yaradılıb. Bu qərarlar “Böyük Qayıdış”ın növbəti mərhələsinin əsasını qoyur.

Bu günlərdə Zəngilan və Cəbrayıl səfərləri çərçivəsində dövlət başçısı Məmmədbəyli, Ağalı və Horovlu kəndlərində bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib. “Araz Vadisi” İqtisadi Zonasında fəaliyyətə başlayan sənaye müəssisələri regionun iqtisadi xəritəsində yeni mərhələnin əsasını qoyur. Yaxın illərdə rezidentlərin sayının çoxalması ilə Cəbrayıl Qarabağ iqtisadi sisteminin istehsal, logistika və ixrac mərkəzinə çevriləcək. Yenidən qurulan Cəbrayıl rayonu Azərbaycanın “yaşıl enerji” strategiyasında da aparıcı rol oynayacaq. Hazırda rayon ərazisində ümumi gücü 400 meqavat olan günəş elektrik stansiyalarının inşası həyata keçirilir. Bu layihələr ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Qarabağın bütövlükdə “yaşıl enerji zonası”na çevrilməsini təmin edəcək. Bu Azərbaycanın enerji müstəqilliyinin möhkəmləndirilməsinə, ixrac potensialının artırılmasına və bölgədə ekoloji tarazlığın bərpa olunmasına böyük töhfədir.

Zəngilan rayonu “Böyük Qayıdış” proqramının innovativ inkişaf mərkəzinə çevrilib. Ağalı kəndi alternativ enerji mənbələrinin, rəqəmsal texnologiyaların və ekoloji həllərin tətbiqi ilə Cənubi Qafqazda ilk “ağıllı kənd” modelidir. “Sarıqışlaq”, “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik Stansiyalarının fəaliyyətə başlaması nəticəsində Zəngilan öz enerji ehtiyaclarını tam şəkildə təmin edir və artıq hasil edilən enerjinin bir hissəsini ölkə sisteminə ötürür.

Azad edilmiş torpaqlarda həyata keçirilən layihələr təkcə infrastrukturun bərpası deyil, həm də sosial ədalətə, ekoloji dayanıqlığa və müasir idarəetmə prinsiplərinə əsaslanan yeni həyat fəlsəfəsinin həyata keçirilməsidir. İnşa edilən məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və yaşayış kompleksləri doğma yurd yerlərinə həyatın qayıdışını təmin edir. Həyata keçirilən yeni quruculuq layihələri dövlətin uzunmüddətli inkişaf strategiyasının real icrasını nümayiş etdirir.

Hər bir ailənin öz evinə dönüşü tarixi ədalətin bərpasının təntənəsidir. Bu proses eyni zamanda ümumxalq birliyini və dövlətə inamı daha da möhkəmləndirir və vətəndaş məsuliyyətini gücləndirir.
Bu gün Qarabağ sadəcə bir coğrafi məkan deyil – Azərbaycanın milli identikliyinin, dövlətçilik fəlsəfəsinin və yenilənmiş vətəndaş ruhunun mərkəzidir. “Böyük Qayıdış” təkcə keçmişə dönüş deyil, gələcəyə baxışdır – dayanıqlı inkişaf, sosial ədalət və milli həmrəylik üzərində qurulan müasir dövlətçilik modelidir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri