Polad Həşimovun anası xəstəxanada ziyarət olundu
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın qəhrəmanlıq salnaməsində silinməz iz qoyan, Vətənə sədaqəti, mərdliyi və şücaəti ilə xalqın qəlbində əbədiyaşarlıq qazanan şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım xəstəxanada ziyarət olunub.
Lent.az xəbər verir ki, Xəzər Tibb Mərkəzinin inzibati məsələlər üzrə direktor müavini Gəray Abbasov müalicə aldığı Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasında Səmayə Həşimovaya baş çəkib.
Ziyarət şəhid generalın əziz xatirəsinə ehtiramın, onun ailəsinə göstərilən diqqət və qayğının ifadəsi olub.
Qeyd edək ki, Azərbaycan Ordusunun qəhrəman generalı Polad Həşimov 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Döyüş meydanında əsgərləri ilə çiyin-çiyinə dayanan, Vətən torpağının hər qarışını canından əziz tutan generalın adı Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, fədakarlıq və sarsılmaz iradə rəmzi kimi həkk olunub.
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Polad Həşimov bu gün də milyonlarla insanın qəlbində yaşayır. Onun anası Səmayə xanım isə Vətən uğrunda canından keçən qəhrəman yetişdirən Azərbaycan analarının mənəvi ucalığını təcəssüm etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Noyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















