Rusiya 4 nəhəng şirkəti cərimələdi Səbəb bu imiş
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada “Apple”, “Google”, “Telegram” və “Wikipedia”a 26,3 milyon rubl cərimə kəsilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, “Wikimedia” Fonduna 15,2 milyon rubl, “Google” və “Telegram”ın hər birinə 3,8 milyon rubl, “Apple”a isə 3,5 milyon rubl cərimə tətbiq edilib.
Cərimələr Rusiyada qadağan olunmuş məzmunların silinməməsi ilə əlaqələndirilib.
Bildirilib ki, “Telegram”a qarşı iddia Rusiya Silahlı Qüvvələri barədə yanlış məlumat ehtiva etdiyi bildirilən paylaşımlarla bağlı olub.
“Apple”a qarşı keçirilən məhkəmə iclası isə şirkətin məxfi məlumatlarının açıqlana biləcəyi ehtimalı səbəbindən mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Rusiyada sözügedən şirkət və təşkilatlar daha əvvəl də ölkə qanunvericiliyinin tələblərini pozduqları və qadağan olunmuş məzmunları silmədikləri üçün cərimələniblər.
Baxış sayı:96
Bu xəbər 10 Noyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















