Icma.az
close
up
RU
Böyük Qayıdış Proqramı nəhəng bərpa və quruculuq prosesini təmin edir

Böyük Qayıdış Proqramı nəhəng bərpa və quruculuq prosesini təmin edir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduna isə 11 ailə (38 nəfər) köçürülür. Bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Təzəbinə kəndinə köçürülən ailələrin sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin sayı isə 110-a (378 nəfər) çatacaq.

Millət vəkili Musa Quliyev deyir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış, sürətlə inkişaf edən və fayda gətirən, xalqımızın arzularının içində olmasına xidmət edən gözəl və dəyərli bir layihədir. Üç il bundan öncə Prezident İlham Əliyevin Sərəncamı ilə bir layihə qəbul olundu. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı birinci dövlət proqramı artıq üç ildir ki, icra olunur. Onun sözlərinə görə, indiyə qədər bu proqramın icrası üçün 25 milyard manat vəsait ayrılıb və gələn ilin də büdcəsində işlərin davam etməsi üçün daha 3 milyard 500 milyon manat vəsait ayrılması nəzərdə tutulur: "İlk növbədə minalardan təmizləmə, dağıntıların abadlaşdırılması və infrastruktur layihələrinin həyata keçirilməsi xeyli zaman aldı və eyni zamanda çoxlu vəsait xərclənməsinə səbəb oldu. Bunlar da təbiidir, çünki 30 il ərzində torpaqlarımız işğal altında qaldığı müddətdə orada bir daş da daşın üstündə qalmamışdı. Bir salamat bina, bir salamat infrastruktur qalmamışdı və biz torpaqlarımızı işğaldan azad edən kimi, 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanatdan sonra səhərisi günü artıq Qarabağa və Şərqi Zəngəzura elektrik enerjisinin verilməsi, yolun çəkilməsi, suyun çəkilməsi və sair işlərin həyata keçirilməsinə başlanıldı. Bütün bu işlər Prezidentin nəzarəti altında və onun tapşırıqları əsasında həyata keçirilir. Artıq infrastruktur layihələrinin böyük bir qismi icra olunub. Orada həm elektrik təchizatı, həm qaz təchizatı həyata keçirilib. Bütün bölgələrdə artıq xətlər çəkilib. Su təchizatı ilə də lazım olan bütün işlər görülüb. Yol infrastrukturu artıq çəkilibdir və artıq Zəngilanda, Laçında, Füzulidə aeroportlar açılıbdır. Bunlar olduqca böyük layihələrdir. Artıq Ağdama qatar gedir, Kəlbəcərə tunellər işə düşməkdədir. O sərt, qorxulu aşırımlardan aşıb getməyə əvəzinə insanlarımız cəmi saat yarım vaxt sərf etməklə Gəncədən Kəlbəcərin mərkəzinə çatacaqlar. Bunlar hamısı qısa müddət ərzində görülən çox böyük işlərdir. Yəni nəinki otuz il ərzində, bəlkə də əlli ilə görülə biləcək işlərdir ki, bunlar böyük sürətlə həyata keçirildi. Şərqi Zəngəzur və Qarabağda artıq həm də məskunlaşma prosesi sürətlə həyata keçirilir. Bu ilin sonuna qədər orada 50 min insanın məskunlaşması nəzərdə tutulur. Gələn ilin sonuna isə daha 100 min insanın ora köçməsi nəzərdə tutulur. Bunlar olduqca böyük işlərdir. Kəndlər salınır, qəsəbələr salınır, şəhərlər salınır. Demək olar ki, bizim artıq Xankəndində böyük işlər gedir, Füzulidə, Ağdamda, Qubadlıda böyük işlər gedir. Əlbəttə ki, artıq məskunlaşma prosesi başlayacaq. Şuşa və Laçın artıq nəinki məskunlaşıb, hətta orada böyük beynəlxalq tədbirlər həyata keçirilməyə başlayır. Bu proseslər, ümumiyyətlə, davam edəcək. Cənab Prezidentin apardığı beynəlxalq səviyyədə, böyük diplomatik səylərlə həyata keçirilən siyasət nəticəsində bizə yetərincə daha çox dəstək verən dövlətlər də olacaqdır. İndi Türk dövlətlərinin hərəsi orada müəyyən işlər görüb - məktəb, yaradıcılıq evi, seçilməsi ilə bağlı və s. işlər görülüb. Daha böyük işlər görmək üçün xarici biznesmenlər, investorlar da gələcəklər. Cənab Prezident Elmlər Akademiyasındakı çıxışında çox maraqlı və olduqca bizi sevindirən bir məsələyə toxundu ki, yaxın vaxtlarda Şərqi Zəngəzurdan və Qarabağdan daha gözəl xəbərlər eşidəcəyik. Orada olduqca böyük ehtiyac olan faydalı qazıntı yataqlarımız var və yəqin ki, onların da istismarına başlanması gələcəkdə böyük gəlirlər gətirəcəkdir. Hazırda bu ilin dövlət büdcəsinə, gələn ilin dövlət büdcəsinə Qarabağdan və Şərqi Zəngəzurdan artıq daxil olmalar var. Deməli, orada həyat var, orada iş var, əmək var və məhsuldarlıq da get-gedə artacaqdır. Yəqin ki, gələn ildən başlayaraq Zəngəzur dəhlizinin açılması prosesi daha da intensivləşəcək. Zəngəzur dəhlizi açılandan sonra o bölgənin turistik imkanları da daha da genişlənəcəkdir. Yaşıl enerji bölgəsinə çevrilmək var. Qarabağda orada da günəş enerjisi ilə bağlı, külək enerjisi ilə bağlı olduqca böyük potensial var. Onlardan da istifadə olunacaq. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün böyük potensialımız var. Yəni get-gedə ilbəil bizim orada həm gördüyümüz işlər, qoyduğumuz sərmayə genişlənəcək, həm də artıq o sərmayədən yeni-yeni dividentlər əldə edəcəyik. Amma ən böyük, ən qiymətli dividentimiz isə orada köçüb yaşayan və orada həyatı əbədiləşdirən bizim insanlarımız olacaq".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan xalqı və dövləti işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq və bərpa prosesinə start verib. Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif diplomatik korpus üzvləri Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Qarabağa səfərlər edirlər: "Bu səfərlər zamanı qonaqlar azad edilmiş şəhər və kəndlərdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri ilə tanış olurlar. Onlar illərlə işğal altında qalmış, dağıdılmış, viran qoyulmuş ərazilərdə bu gün aparılan yenidənqurma işlərinin miqyasını və sürətini öz gözləri ilə görürlər. Ermənistanın işğal dövründə məqsədli şəkildə məhv etdiyi şəhərlər, yandırılmış kəndlər, dağıdılmış məscidlər, məktəblər və tarixi abidələr bu gün Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində yenidən dirçəlir. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrdə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış massivləri və sənaye parkları inşa olunur. Azərbaycan hökuməti bu prosesə "Böyük Qayıdış" adını verib. Bu, təkcə binaların, yolların və infrastrukturların bərpası deyil - bu, həm də 30 ilə yaxın həsrətdən sonra həmin torpaqlara həyatın, mədəniyyətin və insan nəfəsinin qayıdışıdır. Bu gün azad edilmiş ərazilərdə aparılan hər bir layihə təkcə regionun inkişafına deyil, bütövlükdə Azərbaycanın iqtisadi, sosial və mənəvi gücünün artmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq tədricən yenidən Azərbaycanın ən gözəl guşələrinə çevrilir, yeni həyatın, dirçəlişin rəmzi kimi formalaşır".

Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib ki, ilk növbədə, Azərbaycanın iqtisadi dirçəliş prosesi həm də idarəetməyə tətbiq olunmalıdır. Fikir versəniz, torpaqlar azad olunduqdan sonra həmin ərazilərin idarə olunmasında Prezidentin xüsusi nümayəndəlik institutu tətbiq olundu və əldə olunan təcrübələrin növbəti mərhələdə dövlət inzibati-ərazi idarəetmə sisteminə keçirilməsi gözlənilir. Onun sözlərinə əsasən, bu təcrübədən istifadə edilməsi məqsədəuyğundur: "Şübhə yoxdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bütövlükdə ölkənin ən potensiallı iqtisadi bölgələrindəndir. Bu ərazilər böyük turizm imkanları ilə yanaşı, zəngin təbii ehtiyatlara və yeraltı sərvətlərə malikdir. Dövlətin diqqətinin bu regionlara yönəlməsi ölkə iqtisadiyyatının bütün sahələrinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də ona görə vacibdir ki, iqtisadi fəaliyyət yalnız Abşeron yarımadasında, Bakı şəhərində və digər böyük şəhərlərdə cəmləşməməlidir. Ölkənin əsas hədəfi iqtisadiyyatı şaxələndirmək və bu proses fonunda Qarabağa, azad edilmiş torpaqlara, o cümlədən Şərqi Zəngəzura böyük investisiyalar cəlb etməkdir. Bu yanaşma əhalinin bölgələrə qayıdışını və iqtisadi inteqrasiyasını təmin edir. Əsas məqsəd həmin ərazilərdə qalıcı əhalinin məskunlaşmasını gerçəkləşdirməkdir. Təxminən 1 milyon şəxsin bölgəyə köçürülməsi nəzərdə tutulur və bu, məntiqi baxımdan əsaslandırılmış yanaşmadır. Bölgənin keçmişi və gələcəyi nəzərə alındıqda, orada güclü iqtisadi bazanın formalaşdırılması zəruridir. İş yerlərinin yaradılması, sənaye müəssisələrinin qurulması və istehsala yönəlik iqtisadi sənayeləşmənin təmin olunması əsas hədəflər sırasındadır. Bu, həm investisiya axınını artıracaq, həm də bölgənin ölkə üzrə ümumi istehsalda payını yüksəldəcək. Ümumilikdə, ölkənin inşaat meydanına çevrilən əraziləri məhz "Böyük Qayıdış" coğrafiyasını təşkil edir. Bu yanaşma, eyni zamanda, ölkəyə daxil olan investisiyanın yalnız Bakı və Abşeron yarımadasında cəmlənməsinin qarşısını alacaq. Prezidentimiz digər türk dövlətlərini də böyük qayıdış və yenidənqurma prosesinə investisiya yatırmağa təşviq etməkdədir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see175

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see142

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see123

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri