Icma.az
close
up
RU
Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 iyun, AZƏRTAC

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider Heydər Əliyev xalqın taleyi ilə öz taleyini birləşdirən nadir dövlət xadimlərindən idi. Onun siyasi fəaliyyətinin əsas qayəsini Azərbaycan dövlətçiliyinin qorunması, milli birliyin təmin edilməsi və sabit inkişafın bərqərar olunması təşkil edirdi.

Tarix göstərir ki, müstəqilliyi qazanmaq nə qədər çətin olsa da, onu qorumaq daha mürəkkəb və məsuliyyətli vəzifədir. XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bunu bir daha sübut etmişdi. Azərbaycan xalqı ikinci dəfə əldə etdiyi müstəqilliyini 1993-cü ildə yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədə dərin siyasi böhran hökm sürür, hakimiyyət institutları zəifləyir, müxtəlif silahlı qruplar arasında qarşıdurmalar genişlənirdi. Cəbhədə uğursuzluqlar yaşanır, torpaqlar işğal olunur, dövlətçiliyin gələcəyi ciddi təhlükə altına düşürdü.

Belə mürəkkəb və taleyüklü bir məqamda Azərbaycan xalqının, ziyalıların və müxtəlif ictimai təbəqələrin diqqəti Ulu Öndər Heydər Əliyevə yönəldi. İnsanlar yaxşı anlayırdılar ki, yaranmış xaosun qarşısını almağa, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etməyə qadir olan şəxs məhz o idi. Naxçıvanda fəaliyyət göstərən görkəmli siyasi xadimə ünvanlanan çoxsaylı müraciətlər əslində xalqın ümumi iradəsinin ifadəsi idi.

Dahi Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Bu qayıdış ümidsizliyə qapılmış insanlarda gələcəyə inam yaratdı, sabaha olan ümidləri yenidən canlandırdı. Bakıya gəldikdən dərhal sonra Ümummilli Lider ölkədəki vəziyyətlə yaxından tanış olmaq üçün Gəncəyə yollandı. Həmin günlərdə bölgədə yaranmış gərginlik dövlətin mövcudluğunu təhdid edən əsas amillərdən biri idi. Ulu Öndər Heydər Əliyevin Gəncəyə səfəri və burada nümayiş etdirdiyi siyasi qətiyyət qarşıdurmanın daha da dərinləşməsinin qarşısını almaqda mühüm rol oynadı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonralar həmin dövrü xatırlayan Ümummilli Lider qeyd edirdi ki, 1993-cü ilin iyununda Azərbaycan faktiki olaraq dövlət böhranı yaşayırdı, hakimiyyət ölkəni idarə etmək imkanlarını itirmişdi və yaranmış vəziyyət xalqı ciddi təhlükələrlə üz-üzə qoymuşdu.

Dahi Lider Heydər Əliyevin Bakıya dəvət olunması təsadüfi hadisə deyildi. Azərbaycanın müxtəlif bölgələrindən, elmi və yaradıcı mühitindən olan ziyalılar, ictimai xadimlər, sadə vətəndaşlar onu ölkənin xilası naminə siyasi rəhbərliyə qayıtmağa dəvət edirdilər. Həmin müraciətlər arasında tarixə “91-lərin müraciəti” kimi düşən sənəd xüsusi yer tutur. Bu müraciətdə ölkənin gələcəyinin məhz görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi təcrübəsi və liderlik keyfiyyətləri ilə bağlı olduğu vurğulanırdı.

İyunun 9-da Binə Hava Limanında toplaşan insanların əlindəki “Heydər baba, xalqı bu bəladan qurtar!” sözləri həmin dövrün ictimai əhval-ruhiyyəsini və xalqın gözləntilərini aydın şəkildə ifadə edirdi. İnsanlar bu qayıdışı sadəcə siyasi hadisə kimi deyil, dövlətçiliyin xilası kimi qiymətləndirirdilər.

Sonralar “Ostankino” dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibədə Ulu Öndər Heydər Əliyev Bakıya qayıdışının səbəblərini izah edərək bildirmişdi ki, o, hakimiyyətə şəxsi təşəbbüsü ilə gəlməyib, müxtəlif ictimai təbəqələrin nümayəndələrinin, ziyalıların və dövlət rəhbərliyinin təkidli dəvəti ilə paytaxta qayıtmağa razılıq verib. Vəziyyətin getdikcə ağırlaşdığını görən görkəmli siyasi xadim iyunun 9-da bu məsuliyyəti öz üzərinə götürmək qərarına gəlib.

Həqiqətən də, həmin qərar sadə siyasi seçim deyildi. Bu, böyük məsuliyyət, güclü iradə və xalq qarşısında yüksək cavabdehlik hissi tələb edən tarixi addım idi. Azərbaycanın taleyi üçün belə bir məsuliyyəti öz üzərinə götürmək yalnız Heydər Əliyev kimi uzaqgörən dövlət xadiminin bacaracağı missiya idi.

Sonrakı illər göstərdi ki, Böyük Qayıdış yalnız ölkədə siyasi sabitliyin bərpası ilə nəticələnmədi. Dövlət quruculuğu prosesi sürətləndi, iqtisadi inkişafın əsasları yaradıldı, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi və müstəqil dövlətçilik ənənələri daha da gücləndirildi.

Bu siyasi kurs Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və uzun illər davam edən işğala son qoyuldu. Prezident İlham Əliyev 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında demişdi: “…Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddət sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz”.

Bu gün həmin sözlərin real həyatda öz təsdiqini tapdığını görürük. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, yeni şəhər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar tikilir, həyat yenidən canlanır. Bu inkişaf Böyük Qayıdış ideyasının müasir dövrdə yeni məzmunla davam etdirildiyini göstərir.

Beləliklə, 1993-cü il iyunun 9-u Azərbaycan tarixində sadəcə bir tarix deyil. Bu gün dövlətçiliyin xilası, milli birliyin bərpası və gələcək uğurların təməl daşı kimi yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin başladığı xilaskarlıq missiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni zirvəyə yüksəlib.

Şəlalə Camal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri