Icma.az
close
up
RU
Böyük Qayıdışın növbəti mərhələsi

Böyük Qayıdışın növbəti mərhələsi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib, mühüm məqamlara toxunub, ciddi mesajlar verib. Dövlətimizin başçısı eyni zamanda ölkəmizin siyasi-iqtisadi gündəliyini, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də diqqətə çatdırıb, Qarabağın bərpası və digər aktual məsələləri şərh edib.

Prezident İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəricilərindən bəhs edərək ötən ilin yenə də uğurlu il olduğunu, Azərbaycanın iqtisadiyyatının inkişaf etdiyini bildirib. Dövlət başçısı iqtisadi və sosial siyasətin biri-birini tamamladığını, islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirib.

Müsahibəsində Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edən prezident İlham Əliyev qeyd edib ki, düşmən ölkə ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq.

Prezident İlham Əliyev Ermənistanda gedən silahlandırma prosesinin Cənubi Qafqaz üçün yeni təhdid amili olduğunu vurğulayıb. “Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Qeyd olundu ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ona görə də, Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz” - deyən ölkə başçısı Ermənistan rəhbərliyinə və onları silahlandıran dairələrə ciddi mesaj göndərib.

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub. Ölkə başçısı bu məsələ ilə əlaqədar bir daha konkret mövqe nümayiş etdirib və vurğulayıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

Müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də ətraflı məlumat verən Prezident İlham Əliyev ötən illərdə olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacağını, bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacağını diqqətə çatdırıb. Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarıldığını və bu proses 2025-ci ildə də davam etdiriləcəyini bildirib. Ölkə başçısı cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılmasının nəzərdə tutulduğunu, hazırda həmin şəhər və kəndlərdə inşaat işlərinin getdiyini, layihələrin icra olunduğunu, bu işlər yekunlaşdıqdan sonra isə ilin sonuna kimi 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşacağını vurğulayıb. Cənab Prezidentin qeyd etdiyi kimi 2025 – ci ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar.

Prezident İlham Əliyev müsahibəsi zamanı “Bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” söylədiyi fikilər diqqət çəkən məqamlardan biri idi. Bu bir reallıqdır ki, Qərbi Azərbaycan tarixi və əzəli Azərbaycan torpağımızdır və orada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz ata-baba torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Yürüdülən düşünülmüş siyasətin nəticəsində son dövrlərdə əldə edilən uğurlar, tarixi Zəfərlər əminliklə deməyə əsas verir ki, qısa zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız Qərbi Azərbaycana, dədə-baba ocaqlarına da qayıdacaq.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri