Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Onları NATO dan çıxarmaq lazımdır

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Killian Mbappe: “Yamaldan əl çəkin”

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Azı qərar, çoxu zərər...

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Dünyaya günəş kimi doğan Kəlbəcər: Böyük qayıdışın növbəti təntənəsi…

Dünyaya günəş kimi doğan Kəlbəcər: Böyük qayıdışın növbəti təntənəsi…

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il 21 avqust tarixində Kəlbəcər rayonuna səfəri ölkənin müasir siyasi və sosial həyatında mühüm hadisə kimi qiymətləndirilməkdədir. Bu səfər təkcə bölgənin bərpası və inkişafı baxımından deyil, həm də Azərbaycanın müstəqil dövlətçilik tarixində ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş Kəlbəcərdə həyata keçirilən dövlət proqramları, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, infrastrukturun bərpası və sosial təminat tədbirləri Böyük Qayıdış prosesinin tərkib hissəsi olaraq strateji əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri ölkəmizin müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Bu səfər yalnız dövlət başçısının bölgəyə ziyarəti deyildi, həm də Böyük Qayıdışın real nəticələrinin, xalqın haqq və ədalət uğrunda apardığı mübarizənin parlaq təcəssümü idi. Prezidentin kəlbəcərlilərlə görüşdə söylədiyi “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri, sadəcə, salamlaşma deyildi. Bu ifadə doğma yurda qayıdan insanların qəlbində ümid işığı yandırdı, uzun illərin həsrətini sonlandırdı.

32 ildən sonra öz şəhərinə dönən kəlbəcərlilər üçün bu gün milli yaddaşın ən şərəfli səhifəsinə yazıldı. Dövlətimizin başçısı çıxışında Azərbaycanın haqq mübarizəsini ətraflı izah edərək bildirdi ki, Kəlbəcərin işğalı vaxtilə ölkəmiz üçün böyük strateji təhlükələr doğurmuşdur. Ermənistan və havadarlarının məqsədi Azərbaycanın parçalanmasını təmin etmək, xalqımızı ata-baba torpaqlarından birdəfəlik didərgin salmaq idi. Lakin Azərbaycan xalqının iradəsi, dövlətin qətiyyəti və ordu quruculuğu sahəsində görülən sistemli işlər nəticəsində bu niyyətlər puça çıxdı. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanı qalib dövlətə çevirdi. Bu Qələbə nəticəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu, həm düzgün siyasi qərarların, həm də xalqın birliyinin nəticəsi idi.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi oldu. Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Kəlbəcər rayonu döyüşsüz azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyini tam bərpa edərək separatizmin kökünü kəsdi. Beləliklə, Azərbaycan dövləti yalnız hərbi qələbə ilə kifayətlənməmiş, eyni zamanda uzunmüddətli sülhün təminatçısı oldu.

Prezident İlham Əliyevin Kəlbəcərdə sakinlərlə görüşdə vurğuladığı kimi, Azərbaycan xalqı böyüklüyünü bir daha göstərdi: biz düşməndən qisası döyüş meydanında aldıq, amma onların etdiklərini onlara etmədik. Bu, dövlətimizin ləyaqətli siyasətinin təzahürüdür.

İşğal illərində Ermənistan hər yeri dağıtmış, kəndlərimizi viran qoymuş, təbiətimizi talan etmişdi. Lakin Azərbaycan xalqı dağıntılar içində belə təməli möhkəm olan bir iradəyə sahib idi. Bu gün həmin torpaqlarda mühüm infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq” sözləri bu günün reallığını əks etdirir. Bu mənzərə sübut edir ki, Azərbaycan xalqı həm müharibədə qalib gəlib, həm də sülh və quruculuq missiyasını şərəflə həyata keçirir. Qalibiyyətimizi daha da möhkəmləndirən amillər məhz dağıntıların yerində yeni həyat, yeni inkişaf və parlaq gələcəyin qurulmasıdır.

Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri, mənzillərin sakinlərə təqdim olunması və sosial obyektlərin istifadəyə verilməsi regionun sürətli dirçəlişini göstərir.

Səfər çərçivəsində açılışı və təməli qoyulan obyektlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında Kəlbəcərin sürətli inkişafını nümayiş etdirir. Kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin təməli, şəhər parkı və arıçılıq mərkəzinin açılışı bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirdi. Bu gün Kəlbəcər artıq işğaldan əvvəlki vəziyyətə qayıtmır, tamamilə yeni və müasir şəhərə çevrilir. Dövlətin diqqəti, Prezidentin şəxsi nəzarəti ilə görülən işlər kəlbəcərlilərə rahat və təhlükəsiz həyat təmin edir.

Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı həm də xalqımızın gələcəyə inam manifestidir. O, açıq şəkildə bəyan etdi ki, Azərbaycan sülhün tərəfdarıdır, lakin lazım gəldikdə “dəmir yumruq” hər zaman öz gücünü göstərəcək. Bu sözlər Azərbaycanın regional güc kimi mövqeyini möhkəmləndirir və yeni dövrdə təhlükəsizliyin qarantının məhz Azərbaycan dövləti olduğunu təsdiqləyir. Beləliklə, avqustun 21-də baş tutan səfər təkcə Kəlbəcərin deyil, bütün Azərbaycanın Zəfər yolunda irəlilədiyini göstərən tarixi hadisədir.

Birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası planlaşdırılmışdır ki, burada on mindən çox insanın məskunlaşması nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz xətləri, yollar və məktəblər inşa edilir. Xüsusilə, “İstisu” sanatoriyasının və mineral su zavodunun bərpası regionun iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

2025-ci ilin avqust səfərində də yeni mərhələ başlandı: Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi; şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlər mənzillərlə təmin edildi; “Balland-Kəlbəcər” brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyularaq sosial həyatın canlanmasına zəmin yaradıldı.

Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də kəlbəcərlilərin doğma torpaqlarına qayıdışını təmin edən sosial-iqtisadi layihələrin həyata keçirilməsi deməkdir. Dövlətin məqsədi sadəcə yaşayış yerləri yaratmaq deyil, həm də müasir standartlara cavab verən tamhüquqlu şəhər mühitini formalaşdırmaqdır.

Prezident cənab İlham Əliyevin 2025-ci ildə Kəlbəcərə səfəri bir tərəfdən Azərbaycanın hərbi-siyasi qələbəsinin davamlı təsdiqi, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlət siyasətinin real təzahürü kimi dəyərləndirilməlidir. Bu səfər həm də milli birliyin, dövlətçilik iradəsinin və sosial ədalətin rəmzi olaraq tarixə düşür.

Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir. Sülh və təhlükəsizlik siyasətinin təminatı bəhrəsini verir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb və öz gücünə Qələbə əldə edib. Eyni zamanda, bu gün ölkəmiz bölgədə sülhün əsas təminatçısına çevrilib. Ermənistanla imzalanmış sülh sazişi Azərbaycanın mövqeyini tam əks etdirir və yeni reallıqlar artıq beynəlxalq müstəvidə də qəbul olunub.

Bir sözlə, Kəlbəcər artıq özünün yeni günəşli və aydın səhərlərini şanlı Azərbaycan bayrağının kölgəsində açır. Bu gün Kəlbəcər cənab prezidentin dəyanəti və polad iradəsi sayəsində dünyaya altun günəş kimi doğmaqdadır.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see399

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see333

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see183

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see144

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see140

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see135

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see134

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see132

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see131

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see131

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see129

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see125

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see125

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see123

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see122

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see122

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri