Icma.az
close
up
RU
BÖYÜK TÜRK AİLƏSİ

BÖYÜK TÜRK AİLƏSİ

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Nurəddin İsmayıl

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasıının 12-ci Zirvə Görüşü Qəbələ şəhərində öz işinə başlayıb. Türk dünyasının nüfuzlu dövlətlərini özündə birləşdirən bu tarixi toplantı, bundan əvvəl keçirilən görüşlərin davamı olmaqla, qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlmək, öz gələcəklərini vahid ailə kimi birgə inşa etmək baxımından önəmli əhəmiyyət kəsb edir.

Regional sülh və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr edilən bu görüş bölgənin qapısında səslənən müharibə zənglərinə birgə hazırlığın canlı örnəyidir. Regionda və dünyada müharibələr təhdidinin gücləndiyi, beynəlxalq mexanizmlərin bu müharibələrin qarşısını almaqda aciz qaldığı bir dövrdə, əlahəzrət zaman, din, dil, mədəniyyət, tarixi bağ baxımından ortaq olan Türk Dövlətlərinin vahid bir təşkilat halında birləşməsini, baş verən çaxnaşmalara birgə müqavimət göstərməsini qaçılmaz edir.

TDT-nin təsis olunduğu 2009-cu ildən bu gün təşkil edilən 12-ci Zirvə toplantısına qədər keçilən yolun inkişaf dinamikasına nəzər salsaq bir çox sahələr üzrə əldə edilən nailiyyətlərin şahidi olarıq. Tarix, Turan ideyasının ərsəyə gəldiyi yüz ildən bəri, türk dövlətlərinin bu qədər yaxın olduğunun, aralarında iqtisadi, siyasi, mədəni əlaqlərin bu qədər sıx bağlandığının, beynəlxalq kürsülərdən eyni xəttdən çıxış etdiyinin, sabaha doğru inamla addımladığının, yeni dünya düzəninə uyğun yeni birlik platforması şəkilləndirməsinin şahidi olmayıb. Vahid əlifbanın, vahid dilin, gələcəkdə bir dövlət üçün keçərli olan eyni pul vahidinin yaradılması ideyası ətrafında fikir birliyi, beynəlxalq tribunalardan türk dövlətlərinin milli mənafeyinə uyğun olaraq vahid mövqenin sərgilənməsi istiqamətində atılan praktik addımlar, artıq bu gün birliyin regional sülh və təhlükəsizlik məsələlərində birgə mövqe ortaya qoymasını zərurətə çevirib. Bu addımlar yaxın gələcəkdə TDT-nin öz ordusuna, hərbi doktrinasına yiyələnməsi, eyni güc mərkəzi yaratması üçün münbit zəmin yaradır. Əlbəttə, gələcəkdə yaradılması nəzərdə tutulan vahid hərbi güc mərkəzi, başqa bir dövlətlətə qarşı olmayıb, vahid türk ailəsini gözlənilən təhdidlərdən, onlarin siyasi, müstəqilliyinə, suveren hüquqlarına, ərazi bütövlüyünə gələ biləcək xarici hərbi zərbələrdən qorumaq mahiyyəti daşıyır. Türk Dövlətlər Təşkilatının yaradılmasında, inkişafında, digər türk dövlətləri ilə bütün sferalarda qarşılıqlı əlaqlərin formalaşmasında Azərbaycan və qardaş Türkiyənin müstəsna rolunu qeyd etməliyik. Məhz bu iki türk dövlətinin birgə səyi, türk dünyasına ünvanlanan birgə bəyanatları, iki ölkə arasında yaranan tarixi, mədəni, siyasi əlaqələrin sonda bir-birinin hərbi təhlükəsizliyinə qarant olan Şuşa Bəyannaməsi adı ilə tariximizə qızıl hərflərlə yazılan sənədin imzalanması, beynəlxalq məslələrdə hər iki dövlət başçısının vahid mövqedən çıxış etməsi kimi örnək hərəkətləri digər türk dövlətlərinin sonrakı birgə fəaliyyətinə stimul verdi.

Azərbaycan istər son dövrlərdə beynəlxalq siyasətdə oynadığı aktiv rola görə, istərsə də həm özünün, həm də digər türk dövlətlərinin malik olduğu enerji resurslarının Avropa ilə böyük Asiya arasında daşınmasına vəsilə olan ölkə baxımından, zəncirvari birləşən türk dünyasının vacib həlqəsini təşkil edir. 44 günlük Vətən müharibəsində əldə edilən zəfər, ardınca bir günlük antiterror əməliyyatı Azərbaycanın Cənubi Qafqazda, qardaş türk dövlətləri sırasında yerini möhkəmlətdi, onun beynəlxalq nüfuzunu artırdı və Azərbaycanla qarşılıqlı əlaqə qurmaq istəyən dövlətlər arasında etibarını artırdı.

Azərbaycanın ərazimizdən keçən Orta dəhliz vasitəsi ilə daşınan yüklərə etibarlı qarant olması, bu dəhlizin yeni açılacaq Zəngəzur dəhlizi ilə birləşib qərblə şərq arasında təhlükəsiz və digər dəhlizlərdən fərqli daha ucuz və daha tez çatdırma dəhlizi kimi öz dəyərini artırması Avropa dövlətləri ilə qurulan əlaqələrə yeni stimul verdiyi kimi, bu dəhlizə çıxış əldə edən digər türk dövlətlərinin də iqtisadi marağını gücləndirdi.

TDT-nin 12-ci zirvə görüşünün Azərbaycanda gerçəkləşməsi, hər bir türk dövlətinin bu görüşə yüksək dəyər verməsi, bu görüşün qalib bir türk dövləti ərazisində baş tutması, işğaldan azad edilən ərazilərdə hər bir türk dövlətinin bərpa-quruculuq işlərində qatqıda bulunması doğrudan da qürurvericidir və bu yerdə bir il əvvəl dövlət başçısı İ.Əliyevin TDT barədə səsləndirdiyi bir fikri qeyd etmək yerinə düşər. “TDT bizim ailəmizdi və bizim başqa ailəmiz yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri