Icma.az
close
up
RU
Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlıların əlçatmaz SİYAHILARI...

Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlıların əlçatmaz SİYAHILARI...

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

SSRİ hərbi arxivin sənədləri...


Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsindəki arxiv məlumatlardan ibarət İnformasiya Məlumat Bankı - Elektron Arxiv yaradıb.  Modern.az-ın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, www.obd-memorial.ru ünvanında olan bu  bank SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi sənədləri və məlumatları əsasında formalaşdırılıb.
Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Bunun üçün Rusiya Silahlı Qüvvələrinin hərbi-memorial Mərkəzi tərəfindən unikal informasiya axtarış sistemi yaradılıb.

Bu sistem dünyada unikallığı ilə tanınır.

Bankda yerləşdirilən məlumatların əsas hissəsini hərbi hissələrdən itkilərlə bağlı daxil olmuş hərbi sənədlər, itkiləri dəqiqləşdirən (dəfnlər, hospitallar və tibb batalyonları tərəfindən tərtib edilmiş sənədlər, sovet əsirlərinin qənimət götürülmüş kartoçkaları) arxiv sənədləri və sovet zabit və əsgərlərinin mühafizə edilmiş pasportları təşkil edir.

Saytda izləyicilər həlak olan əsgərlərin rütbəsi, qulluq etdiyi hərbi hissə, ölümünün səbəbi (öldürülüb, aldığı yaradan ölüb, itkin düşüb) və dəfn edildiyi yer barədə informasiyalar əldə edə  bilərlər. Bundan başqa, saytda şəxslər barədə birinci mənbədən əldə edilmiş bütün ilkin sənədlər yerləşdirilib. Bu sənədlər həlak olanları böyük dəqiqliklə məyyən etməyə imkan verir.   

Layihə çərçivəsində sayta 13 milyon arxiv səhifəsi və 30 min hərbi dəfnlə bağlı pasport məlumatları yüklənib. Oxucu ilk dəfə olaraq axtardığı qohumları və babaları barədə real sənədlərlə tanış olmaq imkanı qazanacaq. Banka yeni məlumatların daxil edilməsi davam edir. 

Bu Elektron Arxiv Rusiya prezidentinin 23 aprel 2003-cü il sərəncamı ilə yaradılıb.

Saytdakı məlumatları araşdırarkən xeyli sayda Azərbaycan vətəndaşının adına rast gəlmək olur. Qeyd edək ki, Böyük Vətən Müharibəsi adı altında İkinci Dünya Müharibəsində Azərbaycandan 600-mindən yuxarı şəxs iştirak edib. Onların 300-mindən çoxu çəbhədən qayıtmayıb. İndi hər bir azərbaycanlı sözügüdən saytda axtarış verməklə müharibədə itkin düşmüş yaxın adamı barədə məlumat ala bilər.
 


Xaqani Səfəroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri