Böyük vida ili 2026
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lionel Messi, Kriştiano Ronaldo və Neymar milli komanda karyeralarını 2026-cı ildə başa vurdular.
Lent.az-ın xəbərinə görə, dünya futbolunda iz buraxan bu üç ulduzun vida mərasimi eyni ildə baş tutub.
Futbolda 2026-cı il üç böyük ulduzun milli komanda formaları ilə vidalaşması ili olub.
Argentinada Lionel Messi, Braziliyada Neymar və Portuqaliyada Kriştiano Ronaldo öz ölkələrini təmsil etmək səyahətlərini başa vurublar.
Braziliyanın Dünya çempionatının 1/8 final mərhələsində məğlub olmasından sonra milli komanda karyerasını başa vurduğunu elan edən Neymar iyul ayında qərarını təkrarlayıb. Braziliyalı ulduz artıq milli komandada oynamaq istəmədiyini bildirib.
Argentinanın ikonik siması Lionel Messi avqust ayında milli komandadan ayrıldığını elan edib. 2022-ci il Dünya çempionatında ölkəsini qələbəyə aparan ulduz futbolçu Argentinadakı karyerasına son qoyub.
Son vida Kriştiano Ronaldodan gəli. Portuqaliyalı kapitan qərarını noyabrın 5-də elan edərək 23 illik milli komanda karyerasına son qoyub. Ronaldo milli komandada 234 oyunda 146 qol vurub.
İllərdir ölkələrinin ən böyük ümidləri arasında olan Messi, Ronaldo və Neymarın eyni ildə verdiyi qərarlar milli futbolda bir dövrün sonunu qeyd edib. Üç ulduz unudulmaz qollar, tarixi nailiyyətlər və yaddaqalan anlar geridə qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















