Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Böyük Zəfərimizin yaratdığı yeni REALLIQLAR

Böyük Zəfərimizin yaratdığı yeni REALLIQLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilə qədər qarşısında qoyulan missiyanı böyük şərəflə və peşəkarcasına həyata keçirdi. 44 günlük Vətən Müharibəsində əldə olunan Zəfər və ondan sonrakı uğurlu əməliyyatlar Ordumuzun üzərinə düşən vəzifəni tamamladığını və məqsədə tam çatdığını deməyə imkan verir.

Ölkəmizin ərazi bütövlüyü təmin ediləndən və Qarabağda separatizmin kökü kəsiləndən sonra ordu quruculuğunda həm strukturlaşma, həm də qanunvericilik müstəvisində dəyişikliklərin edilməsi zərurəti yarandı. Bu mənada Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş "Hərbi vəzifə və hərbi xidmət haqıqnda qanun"a təklif olunan dəyişikliklər zərurətdən və günümüzün reallığından doğur. Bu dəyişiklər olduqca əhəmiyyətlidir. Dəyişikliklər hərbi çağırışla bağlı prosedurları sadələşdirəcək, bu sahədə şəffaflığı artıracaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Layihədə hərbi vəzifələrin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılmasının  nəzərdə tutulduğunu deyən M.Vəliyeva bildirdi ki, layihə qəbul ediləndən sonra çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların vərəqələri vətəndaşın elektron kabinetində yarləşdirləcək. Bu barədə onlara SMS məlumat çatdırılacaq. Layihədə “tibbi șəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” kimi anlayışlar öz əksini tapıb. Aidiyyəti dövlət orqanları arasında çağırışçının tibbi müayinəsinin nəticələrinin elektron qaydada əldə edilməsi bu sahədə mövcud anlaşılmazlıqları aradan qaldıracaq, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyasını asanlaşdıracaq. Müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi də qanuna təklif olunan dəyişikliklər sırasındadır. Bu da müasir və peşəkar ordu quruculuğunun vacib elementlərindən biridir.  

30 yaşına qədər möhlət hüququndan yaralanmış vətəndaşların bu yaşdan sonra həqiqi hərbi xidməti vəzifəsindən azad edilməsi imkan verəcək ki, onlar karyera pillələrində fasilə vermədən yüksəlsinlər. Bakalavriatda və magistraturada əyani təhsil alan tələbələr 24 və 26 yaşı tamam olanadək möhlət  hüququna malik olacaqlar. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. Hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyì orqanın informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət Informasiya Sisteminə göndəriləcək. Azərbaycan xalqının demoqrafik artımında müşahidə olunan müsbət dinamika və gənclərin hərbiyə olan marağı imkan verir ki, biz ordumuzu 30 yaşına qədər olan gənclərlə tam şəkildə komplektləşdirək.

Eyni zamanda Azərbaycan-Ermənistan arasında hərbi qarşıdurma ehtimalının azalması, gərginliyin səngiməsi və sülh danışıqlarının intensivləşməsi bu islahatları vacib edir. Dövlətin hərbi yükünün azaldılması digər sahələrə diqqətin daha da artırılmasına imkan verəcək.  Onu da bildirim ki, hələ qanun Milli Məclisdə qəbul edilməyib və Prezident tərəfindən təsdiqlənməyib. Təəssüflər olsun ki, qanuna təklif olunan əlavə və dəyişiklikdən xəbəri olmayan bəzi şəxslər “həqiqi hərbi xidmət müddəti azaldılır” kimi yanlış informasiyaları dövriyyəyə buraxırlar ki, bu da insanlar arasında çaşqınlıq yaradır. Hələlik  həqiqi hərbi xidmət müddətinin azaldılması Milli Məclisdə müzakirə olunmur”.

Millət vəkili sonda onu da əlavə etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sahədə apardığı islahatlar özünün müsbət effektini verir: “İslahatların davamlı olması bu sahəyə dövlətin güclü  diqqət və qayğısından xəbər verir. Peşəkar ordu sisteminə keçid istiqamətində davamlı addımlar atılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə həyata keçirmək əzmindədir. Biz bunu 44 günlük Vətən Müharibəsi və ondan sonrakı əməliyyatlarda da gördük. Müasir hərb elmi sübut edir ki, orduda kütləviliyə deyil, peşəkarlığa can atan ölkələrin qoşunları qarşılarına qoyulan hədəflərə, məqsədlərə daha tez çatırlar, az itki ilə böyük nailiyyətlər əldə edirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri