Icma.az
close
up
RU
Böyük zəfərin Qayıdış addımları

Böyük zəfərin Qayıdış addımları

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

31 min 560 məcburi köçkün doğma yurduna qovuşub

Ötən gün Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 9 məsələ daxil edilmişdi. Əvvəlcə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Böyük Britaniya parlamentinin üzvlərinə ünvanladığı rəsmi məktubda Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindəki separatçı rejimlə bağlı aparılan araşdırma təşəbbüsünə görə ciddi narahatlığını bildirdi. Məktubda vurğulandı ki, radikal diaspor qruplarının qərəzli məlumatlarına əsaslanan bu addım Azərbaycan və Ermənistan arasında irəliləyən sülh prosesinə ciddi zərbə vura bilər. Cənubi Qafqazda revanşizmə yer olmadığını qeyd edən deputat Britaniya tərəfini sözügedən təxribat xarakterli araşdırma təşəbbüsünü ləğv etməyə və iki ölkə arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq regional sülhü dəstəkləməyə çağırdı. 

Sonra çıxış edən deputat Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərdəki sürətli bərpa-quruculuq işlərinə toxundu. Onun sözlərinə görə, Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqların intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır. Deputatın təqdim etdiyi statistikaya əsasən, Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda artıq 28 min 697 nəfər (7154 ailə) məskunlaşıb. Yalnız 2026-cı ilin ilk iki ayı ərzində 2 min 863 keçmiş məcburi köçkün doğma yurduna qayıdıb və dövlət tərəfindən 646 yeni evlə təmin edilib. 

Daha sonra gündəliyə keçid edildi. “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişikliklər üçüncü oxunuşda qəbul edildi. Bununla da xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə çəkiləcək xərclərin qismən geri ödənilməsi qaydası təsdiqləndi. Qanun layihəsi ətrafında çıxış edən deputat Aqil Abbas Azərbaycanda film istehsalının maliyyələşməsinin tamamilə Mədəniyyət Nazirliyindən asılı qalmasından təəssüfləndiyini bildirdi. O, həmçinin Azərbaycanın tarixi şəxsiyyətləri haqqında daha çox filmlərin və serialların çəkilməli olduğunu vurğuladı. 

Daha sonra iclasda Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olundu. Yeni layihəyə əsasən, məhkum tərəfindən cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə həmin məbləğin ilk növbədə şəxsin əməkhaqqından tutulması barədə qayda təsdiqləndi. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi. Bununla yanaşı, Mülki Məcəlləyə, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna, habelə Əmək Məcəlləsinə, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında və Əmək pensiyaları haqqında qanunlara təklif edilən dəyişikliklər də parlament tərəfindən üçüncü oxunuşda təsdiqləndi. 

Əmək Məcəlləsinə və Təhsil haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri üçün attestasiya əvəzinə, sertifikasiya prosesi tətbiq olunması təklif edildi. Bildirildi ki, yeni qaydalar həmçinin dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, müəllimlərin davamlı peşəkar inkişafına və bütövlükdə incəsənət təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək. Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi. 

“Mədəniyyət haqqında” qanun layihəsi ətrafında geniş müzakirələr aparıldı. Milli Məslis sədrinin müavini Rafael Hüseynov maraqlı təklif irəli sürdü. O, Milli Məclisin adının Azərbaycan dilinin qrammatik normalarına uyğun olmamasını bildirərək, dəyişdirilməsini təklif etdi: “Azərbaycan dilinin qrammatik normalarına görə, əslində, mədəni sənaye yox, mədəniyyət sənayesi, mədəni yaradıcılıq deyil, mədəniyyət yaradıcılığı olmalıdır. Çünki mədəni yaradıcılıq deyəndə onun məna çalarları ortaya çıxmalıdır. Bundan başqa, əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır. Türkiyədə də belədir. Biz millət vəkili deyirik, milli vəkil yox”. 

Aparılan müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsində,  “Yerin təki haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər də Milli Məclis tərəfindən ikinci oxunuş üçün təsdiqləndilər. 

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra parlamentin plenar iclası başa çatdı. 

İnsan hüquqları komitəsinin iclasında 

Fevralın 27-də parlamentin İnsan hüquqları komitəsinin iclasının gündəliyinə 1 məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsi daxil edilmişdi. Məruzəni komitə sədri Zahid Oruc təqdim etdi. İclasda, həmçinin Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı iştirak edirdi. 

Bildirildi ki, “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci ildə 20 mindən çox insanı əhatə edən amnistiya aktı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması fundamental sülh hüququnun təmini istiqamətində tarixi nailiyyətlər kimi qiymətləndirilib. tən illə müqayisədə müraciətlərin sayı kəskin artaraq 42 min 685-ə çatıb, hesabatda yer alan təklif və tövsiyələrin sayı isə 94-ə yüksəlib. Bu artım həm əhali sayının çoxalması, həm də vətəndaşların Ombudsman təsisatına olan yüksək etimadının göstəricisi kimi səciyyələndirildi. 

Sənəddə məhkəmə proseslərindəki süründürməçilik, qərarların icrasındakı gecikmələr və səhiyyə sahəsindəki kadr çatışmazlığı əsas narahatlıq doğuran məqamlar kimi göstərildi. Statistikaya əsasən, Daşkəsən, Gədəbəy və Lerik kimi rayonlarda həkim sayının əhali nisbətinə görə azlığı bərabər tibbi yardım hüququnu məhdudlaşdırır. Eyni zamanda, narkomaniya ilə mübarizənin gücləndirilməsi və söküntü işləri zamanı verilən kompensasiyaların bazar qiymətlərinə uyğunlaşdırılması zərurəti vurğulandı. Beynəlxalq müstəvidə isə qurum Human Rights atch kimi təşkilatların qərəzli hesabatlarına qarşı aktiv diplomatik fəaliyyət göstərərək Ermənistandan qovulmuş soydaşlarımızın hüquqlarını müdafiə edib. 

Məruzədə Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinədək olan dövrdə (o cümlədən Aprel döyüşləri və Tovuz hadisələri) və 2023-cü il antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin hüquqi statusuna aydınlıq gətirilməsi tövsiyə olundu. Bundan başqa, hərbi xidmət zamanı xəsarət alaraq əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təklif edildi. Təhsil hüququnda bərabərliyi təmin etmək üçün qiyabi təhsil alan tələbələrə də hərbi çağırışdan möhlət hüququnun verilməsi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü irəli sürüldü. 

Sənəddə ictimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün xüsusi güzəştlərin tətbiqi, habelə avtobus parkının genişləndirilməsi (o cümlədən ikimərtəbəli avtobusların alınması) təklif olundu. Sərnişin məmnunluğunu artırmaq üçün hərəkət intervallarının azaldılması, sürücülərin etik davranışlarına nəzarət və havalandırma sistemlərinin fasiləsiz işləməsi tələb edildi. Ombudsmanın qənaətinə görə, minib-enmə qaydalarının və xidmət standartlarının müasirləşdirilməsi ictimai nəqliyyatı daha cəlbedici edərək şəxsi avtomobillərdən asılılığı azalda bilər. 

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar, Ombudsman aparatının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirdilər. Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, dezinformasiyaların qarşısının alınması üçün yeni mexanizmlərin tədbiq edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edildi. Sonda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi qənaətbəxş hesab olundu və Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Tacir SADIQOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see285

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see254

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see243

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see208

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see205

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see203

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see202

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see199

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see197

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see195

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see194

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see190

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see186

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see182

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see182

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see179

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see177

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see177

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see166

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri