Icma.az
close
up
RU
Boyun və sinə nahiyələri üçün maskalar

Boyun və sinə nahiyələri üçün maskalar

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar.

Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.

- 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).

- 2 xörək qaşığı yağlı kəsmiyi 1/2 limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.

- Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.

- Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.

- Xırda-xırda doğranmış xiyarı parça üzərinə düzün və boynunuza dolayın. 20 dəqiqə uzandıqdan sonra onun qalıqlarını yuyun.

- 2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.

- Boyun dərisində yeni qırışların əmələ gəlməsinin qarşısını alan və mövcud olan qırışları isə hamarlaşdıran vasitələrdən biri də yumurta ağından istifadə edilməsidir. Boyun və sinə dərisini kosmetik vasitələr ilə təmizlədikdən sonra, yumurta ağını çalmadan enli fırça ilə dərinizə sürtün və 10 dəqiqə gözləyin.

- 4 xörək qaşığı xırda-xırda doğranmış cəfərinin üzərinə 4 xörək qaşığı isti süd əlavə edib soyudun. Salfeti alınmış qarışıqda isladaraq 15 dəqiqə ərzində boyun sahəsində saxlayın. Sonra maskanı çıxarıb (boyunun yuyulması tələb olunmur) dərinin öz-özünə qurumasına imkan verin.

- Solğun dəri üçün çobanyastığının süddə hazırlanan dəmləməsindən də istifadə etmək olar: bir ovuc çobanyastığı çiçəyinin üzərinə 1 stəkan süd əlavə edərək, qaynara düşənə qədər qızdırın və soyudun. Qalın parçanı ilıq şəkildə olan dəmləmədə isladaraq boynunuza dolayın. Üzərini əvvəlcə polietilen, sonra isə xovlu dəsmalla örtün. 15 dəqiqə keçdikdən sonra kompresi çıxarın, boyunu dəsmal ilə qurudun (su ilə yumaq lazım deyil) və istənilən krem sürtün.

Bürüşmüş dəri üçün kontrast kompreslər yaxşı effekt verir. Həftədə 2 dəfə olmaqla, bir-birinin ardınca gah isti, gah da soyuq kompres edin. 2 dəsmal isladın: biri isti şəkildə olan ot dəmləməsində (rozmarin, adaçayı, cokə ağacı çiçəyi, yarpız), digəri isə soyuq suda (limon şirəsi əlavə etməklə də olar). İsti ot dəmləməsində isladılan dəsmalı boynunuzda 2-3 dəqiqə, soyuq suda isladılan dəsmalı isə 1-2 dəqiqə saxlayın. Bu qaydada olmaqla kompresləri bir neçə dəfə dəyişdirin. Həm 1-ci dəfə, həm də sonuncu dəfə qoyulan kompres soyuq olmalıdır. Qalxanvari vəzinin xəstəliklərində belə kompresləri etmək olmaz.

Buxaq ilə mübarizədə vaxtaşırı olaraq, evdə olarkən, bu sahəyə 30-60 dəqiqə müddətinə eni 2 sm olan və orta hissəsi limon şirəsi əlavə edilmiş suda isladılan kətan parçadan sarğı qoymaq olar. Sarğını çıxardıqdan sonra boyunun dərisinə qidalandırıcı krem sürtmək lazımdır. Bu sarğını 1 ay müddətində, günaşırı olaraq, gecə vaxtı qoymaq da məsləhət görülür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri