Icma.az
close
up
RU
Üz üçün kosmetik maskalar

Üz üçün kosmetik maskalar

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Üz dərisindəki bir çox problemləri aradan qaldırmaq üçün kosmetik üz maskalarından istifadə edilməsi məsləhət görülür.

Üz üçün kosmetik maska seçərkən hazırkı anda dərinizin nəyə daha çox ehtiyacı olduğunu müəyyən etmək lazımdır. İşlədilmə məqsədinə görə üz maskalarının aşağıdakı növləri ayırd edilir: təmizləyici maskalar; qabıqtökücü maskalar; ağardıcı maskalar; nəmləndirici maskalar; qidalandırıcı maskalar; cavanlaşdırıcı maskalar.

Qabıqtökücü maskaları çox tez-tez istifadə etmək olmaz. Bu, dərinin qıcıqlanmasına səbəb ola bilər. Ancaq yağlı dərilər üçün bu daha xeyirli hesab edilir. Dəri həddən artıq quru və həssasdırsa, qabıqtökücü maskalardan istifadə edilməsi, ümumiyyətlə, məsləhət görülmür! Qan damarları genişlənməyə meylli olan qadınlara da qabıqtökücü maskalardan istifadə etmək olmaz (qan dövranını stimullaşdırdığı üçün) edilməlidir.

Nəmləndirici maskalar quru dəri üçün çox zəruri hesab edilir. Qidalandırıcı maskalardan istifadə edilməsinə istənilən dəri tiplərində ehtiyac olur.

Kosmetik firmaları tərəfindən buraxılan cavanlaşdırıcı maskalardan yalnız 30 yaşından sonra istifadə etmək olar. Bu maskalar dəri hüceyrələrinin bərpa edilməsini aktivləşdirir, dərinin qocalmasını ləngidir, dəridə olan maddələr mübadiləsini bərpa edir. Belə maskaların tərkibinə vitaminlər, mikroelementlər, antioksidantlar (qocalmaya mane olan maddələr), müalicəvi otların şirələri, bəzi hallarda hormonlar, plasentar kollagen (qoyun plasentasının ekstraktı) və s. maddələr daxildir.

Kosmetika istehsal edən şirkətlər, geniş çeşiddə olmaqla, istənilən dəri tipində istifadə edilə bilən maskalar təklif edirlər. Ev şəraitində də kifayət qədər effektli  maskalar  hazırlamaq olar. Növbələşdirməklə nəmləndirici və qidalandırıcı maskaları həftədə 2-3 dəfə tətbiq etmək olar. Maskaları bundan az hallarda olmaqla istifadə etdikdə, onlardan arzu olunan effekti almaq olmur. Maskalardan daha tez-tez istifadə etdikdə isə bu, dərinin qıcıqlanmasına və zəifləməsinə səbəb ola bilər. Yaddan çıxarmaq olmaz ki, istənilən kosmetik vasitələr kimi, maskaları da sizin dərinizin tipinə uyğun olmaqla seçmək lazımdır.

Dərinizdə sızanaq və civzələr varsa, maskalardan (təmizləyici maskalardan savayı) istifadə etməyin - əvvəlcə onları müalicə edin! Üz dərisində tüklərin artıq şəkildə inkişaf etməsi və onun səthində xeyli genişlənmiş damarların olması hallarında, maskaların tətbiq edilməsi əksgöstəriş hesab edilir!

İstənilən maskanı üzə çəkməkdən qabaq dərini diqqətlə təmizləmək vacib hesab edilir. Buxar vannası, duş və skrabla təmizlənmədən sonra dəriyə sürtülmüş maskalar çox yaxşı effekt verir. İlıq və azca nəm olan dəri özünə lazım olan bütün maddələri maskanın tərkibindən ala bilir.

Maskanı dəriyə masaj xətləri üzrə çəkmək lazımdır. Maskanı dəriyə kiçik fırça, süngər (“qubka”), pambıq tampon və ya əl ilə sürtmək olar. Yadda saxlamaq lazımdır ki, dəriyə maska çəkmək üçün istifadə edilən hər bir əşya (və ya əl) mütləq çox təmiz və ya birdəfəlik olmalıdır!

Əgər sizin dəriniz həssasdır və siz hər hansı bir maskanı ilk dəfə olaraq tətbiq edirsinizsə, dərinizin bu maskaya olan həssaslığını yoxlayın. Bu məqsədlə az miqdarda maska kütləsini dərinizin kiçik bir hissəsinə (məsələn, qulağınızın arxasına, dirsək büküşünə) sürtün. Bir müddət keçdikdən sonra bu hissədə səpgilər, qızartı, qaşınma baş verərsa, belə maskadan imtina edin.

Üz dərisi üçün nəzərdə tutulan maskaları gözlər və dodaqlar ətraflarına, dodaqlara, qalxanvari zonasında çəkmək olmaz. Bəzən maskanı gözlər, dodaqlar və burun uçün xüsusi dəliklər açılmış tənziflərlə edirlər. Maska edərkən yumulmuş göz qapaqlarının üzərinə nazik şəkildə kəsilmiş xiyar, ot dəmləməsi, yaşıl və ya qara çayla isladılmış pampıq tamponlar qoymaq olar.

Maskaların təsir müddəti 20-30 dəqiqəyədək davam edir. Maskanı üz dərisində bundan artıq müddətdə saxladıqda o, dərinin şişkinləşməsinə, qıcıqlanmasına, dartılmasına və digər fəsadlara səbəb ola bilər. Üzün dərisinə maska çəkdikdən sonra rahat uzanın (üzün dərisi hərəkətsiz olmalıdır).

Maskanı adətən ilıq su ilə yuduqdan sonra dərinizi lasyonla və ya toniklə silərək, sonra dəri tipinizə uyğun qidalandırıcı və ya nəmləndirici (dərinizin vəziyyətindən asılı olaraq) krem çəkmək lazımdır.

Üz maskasını axşam, yatmamışdan əvvəl etmək daha xeyirli hesab olunur. Əgər maska ev şəraitində hazırlanacaqsa, onu bilavasitə işlədilməsindən əvvəl hazırlamaq və tez bir zamanda da istifadə etmək məsləhət görülür.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri