Icma.az
close
up
RU
“Boz kardinal” məktubunda nə yazıb?: Azərbaycanca tərcüməsi

“Boz kardinal” məktubunda nə yazıb?: Azərbaycanca tərcüməsi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Rusiyaya məktub yazıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo” məktubun mətninin azərbaycanca tərcüməsini təqdim edir:

“Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran radikal islahatların və dəyişikliklərin həyata keçirilməsini tələb edir.

Bir tərəfdən, mövcud idarəetmə strukturunun səmərəsizliyi hazırkı hakimiyyətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən, bu struktur qüsurlu, avtoritarizm ruhu ilə iflic olmuş sistemlə bağlıdır. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər.

Dövlət idarəçiliyinin yeni simasını və prinsiplərini işləyib hazırlayarkən, ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, onun dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına mane olan sosial-iqtisadi həyat sistemində durğunluğun həqiqi səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır.

Strateji dövlət orqanlarının rəhbəri kimi topladığım çoxillik idarəetmə təcrübəsi, eləcə də müasir Azərbaycanın tarixi və siyasi həyatının problemləri üzrə daimi elmi araşdırmalarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə uyğun olaraq, üç qoldan ibarət olacaq: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti 50 üzvdən - cəmiyyətdə nüfuz sahibi olan görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Bu orqan seçkili olacaq və ümummilli səsvermə nəticəsində formalaşacaq. Şuraya Dövlət Şurasının Sədri rəhbərlik edəcək, onu isə öz növbəsində xalq tərəfindən seçilmiş Dövlət Şurasının üzvləri öz aralarından seçəcəklər. Sədri tutduğu vəzifədən yalnız Dövlət Şurasının üzvləri səsvermə nəticəsində kənarlaşdıra bilərlər.

Dövlət Şurası tam hakimiyyətə və ölkədə siyasi və sosial-iqtisadi proseslərə nəzarət mexanizminə malik olacaq, həmçinin Konstitusiya Məhkəməsi və ölkənin Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilmiş qanun layihələrini və respublika hökumətinin qərarlarını təsdiq edəcək, güc strukturları və məhkəmə hakimiyyəti, Mərkəzi Bank və universitet rektorları vəzifələrinə namizədlər irəli sürəcək. Müvafiq olaraq, Şura lazım gəldikdə parlamentin qanun layihələrinə və hökumətin qərarlarına veto qoymaq hüququna malik olacaq.

Dövlət Şurasının fəaliyyətini sədrin aparatı təmin edəcək. Dövlət Şurasının Sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərdən və hüquqi immunitetdən istifadə edəcək.

Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də immunitet və toxunulmazlıqdan istifadə edəcəklər. Lazım gəldikdə, Dövlət Şurasının üzvünün mandatı Dövlət Şurasının Sədrinin tələbi ilə şura üzvlərinin səsverməsinin nəticələrinə əsasən dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi-pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaq və yalnız Dövlət Şurasına hesabat verəcəklər.

2. Ölkədə icra hakimiyyətinə parlament seçkilərinin nəticələrinə əsasən seçiləcək Baş nazir rəhbərlik edəcək. Parlament seçkilərinin nəticələrinə görə ən çox səs toplayan partiyanın sədrinə dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə məsul olan hökuməti formalaşdırmaq hüququ veriləcək.

3. Qanunvericilik hakimiyyətini hər 7 ildən bir ümummilli seçkilər nəticəsində formalaşacaq ölkənin parlamenti təmsil edəcək. Parlament hökumətin fəaliyyəti haqqında hesabatı qəbul edəcək, hökumət başçısının təqdimatı ilə sosial-iqtisadi siyasətin həyata keçirilməsinə məsul olan nazirləri (güc strukturlarının rəhbərləri istisna olmaqla) təsdiq edəcək.

4. Məhkəmə hakimiyyətini əvvəlki kimi ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları həyata keçirəcək.

Bu dəyişikliklər ölkəni Prezident Respublikası rejimindən hakimiyyətə səmərəli nəzarət mexanizmi olan Parlament Respublikası rejiminə keçirəcək. Onlar avtoritarizm və təkhakimiyyətliliyin əsaslarını və rüşeymlərini xeyli dərəcədə neytrallaşdırmağa, eləcə də dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirməyə imkan verəcək.

Bununla yanaşı, bu cür sxem demokratik seçkilərin keçirilməsinə imkan verəcək ki, bu da ölkənin beynəlxalq imicini xeyli yaxşılaşdıracaq və müxtəlif siyasi qüvvələr üçün geniş fəaliyyət spektrini açacaq, bu da öz növbəsində vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.

Ramiz Mehdiyev

AMEA-nın akademiki”

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri