Icma.az
close
up
RU
Boz qurdlar şirləri qonaq edir

Boz qurdlar şirləri qonaq edir

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XVI tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir.

Son 4 oyunda azarkeşlərini qələbə ilə sevindirə bilməyən "boz qurdlar"ın əsas məqsədinin 3 xal olacağı heç kimə sirr deyil. Ötən gün "Kəpəz"i darmadağın edən "Zirə" qələbə sayəsində artıq 3-cü pilləyə yüksəlib. Kurban Berdiyevin yetirmələri əldən verdiyi mövqeyə qayıtmaq üçün qələbə qazanmağa məhkumdu.

Ardıcıl 8 matçda qələbənin nə olduğunu bilməyən "Şamaxı"da təhlükəli zondan uzaqlaşmaq üçün Tovuzdan xal və xallarla dönməlidir.

Qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

seeBaxış sayı:69
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri