Konseysau Ronaldu ilə Jezuşun münaqişəsinə münasibət bildirdi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Portuqaliyalı məşqçi Serjiu Konseysau futbol ulduzu Kriştianu Ronaldu ilə milli komandanın baş məşqçisi Jorje Jezuş arasında yaranmış münaqişəyə münasibət bildirib.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, mütəxəssis vəziyyətin həssas olduğunu vurğulayaraq tərəflərdən birinin mövqeyini dəstəkləmək istəmədiyini açıqlayıb.
“Ölkəmdə bu, həssas mövzudur. Kriştianu əfsanədir, bütün dövrlərin ən böyük beş futbolçusundan biridir. Jezuş isə milli komandanın baş məşqçisi, böyük təcrübəyə malik yüksək səviyyəli mütəxəssisdir. Açığı, tərəflərdən birinin mövqeyini tutmağı ədalətsiz hesab edirəm”, - deyə Konseysau bildirib.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdırıb. O, 2026-cı il iyunun 1-də komandadan ayrılıb.
41 yaşlı Ronaldu Jezuşla münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu baş məşqçini ona verdiyi vədləri yerinə yetirməməkdə günahlandırsa da, mümkün cəzasını çəkdikdən sonra yığmada çıxışını davam etdirməyə hazır olduğunu açıqlayıb.
Oktyabrın 19-da Ronaldunun milli komandanın oyunlarından 30 günlük kənarlaşdırıldığı və 255 avro məbləğində cərimələndiyi məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 Oktyabr 2026 03:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















