Icma.az
close
up
RU
BOZ SƏHRALARDAN YAŞIL MEŞƏLİYƏ... Araşdırma

BOZ SƏHRALARDAN YAŞIL MEŞƏLİYƏ... Araşdırma

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycanda yararsız torpaq sahələrinin tezliklə əkinə yararlı ərazilərə çevrilməsi kənd təsərrüfatının inkişafına da mühüm təsir göstərər

Son illər əksər dünya ölkələrini düşündürən ən böyük problemlərdən biri ekoloji tarazlığın pozulmasıdır. Bunun da bir çox səbəbləri var. Şübhəsiz, bu problemin ən başlıca səbəblərindən biri müharibələrin artmasıdır. Üstəlik, ötən əsrlərdən fərqli olaraq hazırda müharibələr qılınc-qalxan müstəvisində deyil, ağır silahlarla, xüsusilə də kimyəvi tərkibli kütləvi qırğın silahları ilə aparıldığından, atmosferə atılam çirkli tullantıların həcmi də getdikcə çoxalır.

Təbii ki, günümüzdə sənaye müəssisələrinin – zavod və fabriklərin fasiləsiz çalışması, günbəgün saylarının artması da ekoloji tarazlığın pozulmasının əsas səbəblərindən biridir. Çünki bu müəssisələrdən havaya atılan çirkli tullantılar da təbiətdəki nizam-intizamın pozulmasına, oksigen miqdarının azalmasına gətirib çıxarır.

Əlbəttə, dünyanın “oksigen deposu”nun getdikcə tükənməsi, yəni yaşıllıqların məhvi də ekoloji böhranın yaranmasında başlıca amillərdən biridir. Hansı ki, bu gün bütün dünya ölkələrində müxtəlif səbəblərdən meşələrin talan olunması, çəmənliklərin əkilərək müxtəlif təyinat üzrə istifadə edilməsi və s. problemlər dünyamızın oksigen qıtlığına səbəb olur. Heç də təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) son illər bu sahədə böyük həyacan təbili çalmaqdadır. Elə ötən ilin noyabr ayında Azərbaycanda keçirilən “COP 29” Beynəlxalq konfransı da bu dediklərimizin baris nümunəsi hesab oluna bilər. Söhbət ondan gedir ki, artıq ekoloji problem hansısa dövlətlərin deyil bütün dünyanın ən aktual mövzularından birinə çevrilib. Bu səbəbdən də istər Azərbaycanda, istər də digər ölkələrdə atmosferin çirklənməsinə səbəb olan halların qarşısının alınması ümdə vəzifələrdən biridir. O cümlədən, yaşıllıqların məhvinə qarşı sərt tədbirlərin həyata keçirilməsi, cəzaların artırılması da təsadüf deyil.

Şübhəsiz, önləyici addımlarla yanaşı, ekoloji tarazılığın bərpa olunması üçün müəyyən işlərin görülməsinə də xüsusi zərurət var. Konkret olaraq bizim ölkəmizdə yaşıllıqların artırılması, yeni meşə zolaqlarının salınması bu məsələdə mühüm rol oynaya bilər. Kimsəyə sirr deyil ki, Azərbaycan ərzisində meşələrin ümumi sahəsi o qədər də çox deyil, cəmi 1213,7 min hektardır. Bu da ümumi ərazinin 11.8 faizini təşkil edir. Yəni ölkəmizdə adam başına təqribən 0.12 ha meşə sahəsi düşür ki, bu rəqəm ümümdünya miqyasında götürülən müvafiq orta statistik göstəricidən 4 dəfə azdır. Misal üçün göstərə bilərik ki, qonşu Gürcüstanda torpaqların 1/3-i meşələrlə örtülü olduğundan, bu sahədə bizim ölkəmizə nisbətən xeyli öndədirlər.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda meşə zolaqlarının sahəsi az olmaqla yanaşı, əkinə yararsız torpaqların həcmi də kifayət qədər çoxdur. Belə ki, ölkəmizdə 400 (dörd yüz) min hektara yaxın tamamilə yararsız torpaq sahəsi mövcuddur. Bir halda ki, dövlət olaraq ekoloji tarazılığın pozulmasına qarşı tədbirlər görürük, deməli, yeni meşə zolaqlarının salınması ilə yanaşı, kənd təsərrüfatına yararsız vəziyyətdə olan ərazilərin səmərəli istifadə olunması haqda da düşünməliyik. Hansı ki, əksər ekspertlər bu cür ərazilərin təmizlənməklə, məhsul istehsalı üçün yararlı sahələrə çevrilməsinin mümkün olduğunu dilə gətirirlər. Onlar düşünürlər ki, şoran torpaqların bərpa olunması ölkədə kənd təsərrüfatı sektoruna da müsbət təsir göstərər, beləliklə, daxili bazarda ərzaq bolluğuna və qida məhsullarının ucuzlaşmasına gətirib çıxarır.

Ekspertlər onu da bildirirlər ki, ölkəmizdə boş qalan sahələrin təmizlənməsi və yararlı hala gətirilməsi üçün xarici sərmayəyə ehtiyac yoxdur. Onların fikrincə, bu sahədə uğurlu nəticə əldə etmək üçün Azərbaycanın iqtisadi gücü yetərlidir.

Digər tərəfdən, onu da nəzərə alsaq ki, hazırda bəzi Ərəb ölkələri, eləcə də Çin illərlə suya həsrət qalan səhraların, yararsız torpaqların yaşıllaşdırma proqramını uğurla icra edir və qısa müddətdə boz çöllər böyük meşələrə dönür, deməli, Azərbaycan üçün 4 yüz min hektar torpaq sahəsinə “can vermək” heç də çətin olmamalıdır. Yeri gəlmişkən, illər öncə ölkəmizdə bu sahədə müəyyən addımlar atılmasına cəhd göstərildi. Məsələn, Şamaxı, İsmayıllı, Qobustan və sair rayonlarda eroziyaya məruz qalan ərazilərdə torpağın münbitliyini artırmaq üçün müəyyən tədbirlər planı hazırlandı. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu proses məntiqi sonluqla yekunlaşmadı. Doğrudur, hazırda ayrı-ayrı dövlət qurumlarının, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə müəyyən yaşıllaşdırma proqramları həyata keçirilir. Lakin bu proqramlar bir növ fərqli təşəbbüs xarakteri daşıyır və geniş sahələri əhatə etmir. Yəni bir halda ki, yararsız torpaq sahələrinin böyük hissəsi hələ də “toxunulmaz qalıb”, deməli, bu sahədə hələ görüləcək çox iş var.

Onu da nəzərə alsaq ki, bu ərazilərin bir hissəsi Kürətrafı torpaq sahələridir, bura da suvarma sistemi yolu ilə torpaqların təmizlənməsi, yaşıllaşdırma prosesinin həyata keçirilməsi daha asandır.

Əlbəttə, o da anlaşılandır ki, hazırda ölkəmizin qarşısında daha mühüm problemlər dayanır. Bunlardan biri tezliklə işğaldan azad olunan ərazilərimizdə yaşayışın bərpa olunmasına nail olmaqdır. Heç də təsadüfi deyil ki, bu proses sürətlə həyata keçirilir və elə bu gün (dünən-red.) Xocalının iki kəndinə daha 61 ailə köç etdi. Təbii ki, bütün bunlar bizim üçün sevindiricidir, vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdırlar. O cümlədən, bununla yanaşı son 30 il ərzində işğal altındakı ərazilərimizin düşmən tərəfindən vəhşicəsinə dağıdılması, meşələrimiziin kütləvi şəkildə məhv edilməsi prosesi yaşanıb ki, artıq bu problem də öz həllini tapıb. İnanırıq ki, yaxın bir neçə il ərzində Qarabağda və işğaldan azad olunmuş digər ərazilərimizdə məhv edilmiş meşələrimiz bərpa olunacaq və bu, ekoloji problemin həllinə müsbət qatqıda bulunacaq.

Bir halda ki, ötən ilin noyabr ayında Azərbaycan dövləti çox nüfüzlu bir tədbirə - BMT-nin “COP 29” Beynəlxalq konfransına ev sahibliyi etdi və rəsmi Bakı bir çox dünya ölkələrinə mühüm mesajlar verdi, deməli, Qarabağa, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramının uğurla icrası ilə yanaşı, ekoloji tarazlığın pozulmasına qarşı da mühüm addımlar atılmalıdır. Bu, bütün dünya ölkələrinə Azərbaycanın “COP 29” sonrası verdiyi mühüm mesaj olar.

“Hürriyyət”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri