bp: Cari ilin sonunadək Qarabağ neft yatağında tammiqyaslı işlər proqramının yekunlaşması gözlənilir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Cari ilin sonunadək "Qarabağ" neft yatağında tammiqyaslı işlər proqramının yekunlaşması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, gələn il yataqda seysmik tədqiqatlara başlamaq planlaşdırılır. “Tədqiqatlar bitdikdən sonra yatağın gələcək işlənməsi ilə bağlı konkret konsepsiya və planları açıqlayacağıq. "Qarabağ" yatağından neftlə yanaşı, həm də qaz hasil olunacaq”, - deyə o qeyd edib.
B.Aslanbəyli əlavə edib ki, bp “Şəfəq-Asiman" qaz yatağının növbəti mərhələsində kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır: “Hazırda layihə üzrə planlama mərhələsi aparılır. Biz kəşfiyyat işlərinin hansı qazma qurğusu ilə həyata keçiriləcəyini və bunun digər layihələrlə əlaqələndirilməsini qiymətləndiririk. Qazma qurğusu digər layihə üzrə işlərini tamamladıqdan sonra "Şəfəq-Asiman"da istifadə ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















