Icma.az
close
up
RU
BP nin Üzeyir Hacıbəyli irsinin qorunmasına töhfəsi

BP nin Üzeyir Hacıbəyli irsinin qorunmasına töhfəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BP Azərbaycanın mədəniyyət tarixinin zirvəsində duran nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram edir.

Şirkət bu əlamətdar hadisə münasibətilə dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib. Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində BP-nin davamlı öhdəliyini əks etdirir.

Yeni nəşrlər şirkətin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində, həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.

Yeni təqdim olunan nəşrlər isə Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti (2 kitab), bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom, Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası daxildir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğrulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyil, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formalaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək”.

Qeyd edək ki, ümumi dəyəri 127 min 560 manat (75 min 35 ABŞ dolları) olan bu layihə “Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri