Üzeyir Hacıbəyli irsinin Azərbaycan radiosunda təbliği
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Üzeyir Hacıbəylinin ev-muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli irsinin Azərbaycan radiosunda təbliği” kitabının təqdimat mərasimi keçirilib.
XQ xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən və Üzeyir bəy ənənələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə “Üzeyir Hacıbəyli yaradıcılığının təbliği”, yazıçı-publisist Mustafa Çəmənli “Üzeyir Hacıbəyli irsinin radioda təbliği” mövzularında çıxış ediblər.
Jurnalist Dilşad Tahirqızı, Əməkdar jurnalist Şəfəq Əlixanlı və kitabın redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəlalə Məhyəddinqızı təqdim olunan kitab haqqında fikirlərini bölüşüblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə isə “Üzeyir Hacıbəyli yaradıcılığına elmi baxış” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor Kollektivi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri və məktəb şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, bu il Azərbaycan radiosunun 100, televiziyasının isə 70 illik yubileyləri qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















