Icma.az
close
up
RU
BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər

BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına dekabr ayında növbəti dəfə baş çəkiblər.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, BQXK əməkdaşları saxlanılan şəxslərlə təkbətək görüşlər keçiriblər və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri