Icma.az
close
up
RU
® BRAVO 2025: Müştəri təcrübəsində yeni dövr “Bravo ONLINE” və mobil tətbiq istifadəyə verilib

® BRAVO 2025: Müştəri təcrübəsində yeni dövr “Bravo ONLINE” və mobil tətbiq istifadəyə verilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan BRAVO müştəriyönümlü innovativ yanaşmalarını genişləndirərək 2025-ci ili uğurla başa vurur. Şirkət il ərzində rəqəmsal texnologiyalar, fiziki mağaza şəbəkəsinin inkişafı, məhsul keyfiyyətinin yüksəldilməsi və sosial məsuliyyət layihələri istiqamətində mühüm addımlar atıb.

2025-ci ildə Bravo mobil tətbiqi ekosistemi çərçivəsində təqdim olunan “BRAVO ONLINE” alış-veriş platforması müştərilərə mağazaya gəlmədən geniş məhsul seçimi və sərfəli qiymətlərlə alış-veriş imkanı yaradıb. Loyallıq proqramı və onlayn alış-veriş funksiyalarını bir platformada birləşdirən mobil tətbiq müştərilərə daha rahat, sürətli və fərdiləşdirilmiş alış-veriş təcrübəsi təqdim edir.

Şəbəkənin genişlənməsi və mağazaların yenilənməsi

BRAVO 2025-ci ildə strateji inkişaf planına uyğun olaraq ölkə üzrə 12 yeni mağaza açaraq şəbəkəsini 145 mağazaya çatdırıb. Yeni açılan mağazalar arasında Sea Breeze Premium BRAVO mağazası, eləcə də Sumqayıt şəhərində və Bakının Səttar Bəhlulzadə, İsmayıl Hidayətzadə, Qədir Məmmədov, Afiyəddin Cəlilov kimi əsas küçələrində fəaliyyətə başlayan mağazalar yer alır. Bu addımlar BRAVO-nun müştərilərə daha yaxın olmasına və əlçatanlığın artırılmasına xidmət edir.

Bununla yanaşı, müştəri rahatlığını artırmaq məqsədilə 60-dan çox mövcud BRAVO mağazası yenilənərək (remodeling) müasir dizayn və funksional planlama ilə istifadəyə verilib. Yenilənmiş mağazalar rahat alış-veriş mühiti və müasir interyeri ilə seçilir.

“Tarladan BRAVO-ya”: keyfiyyət və təravətə ciddi nəzarət

BRAVO məhsul keyfiyyətini əsas prioritetlərindən biri kimi qorumaqda davam edir. “Tarladan BRAVO-ya” konsepti çərçivəsində meyvə və tərəvəzlər birbaşa etibarlı fermerlərdən tədarük olunaraq “BRAVO BAZAR”da yüksək keyfiyyət və maksimum təravət prinsipləri əsasında satışa çıxarılır. Məhsulların seçimi, daşınması və saxlanması mərhələlərində ciddi keyfiyyət nəzarəti tətbiq olunur ki, bu da həm istehlakçı məmnuniyyətinə, həm də yerli kənd təsərrüfatının inkişafına töhfə verir.

Ət və ət məhsulları sahəsində BRAVO tam halal kəsim standartlarına uyğun fəaliyyət göstərir. Məhsullar soyuq zəncir qorunmaqla birbaşa istehsal məntəqələrindən mağazalara çatdırılır. Süd və süd məhsulları isə sertifikatlı istehsalçılardan tədarük olunur və temperatur rejiminə ciddi nəzarət edilir.

BRAVO Brend məhsulları: 200-ə yaxın yeni çeşid

2025-ci ildə BRAVO yerli və keyfiyyətli məhsulların inkişafına xüsusi önəm verərək brend məhsul xəttini 200-ə yaxın yeni çeşidlə genişləndirdi. “FEMILEA”, “OLUNA”, “SUNBAI”, “BRAVO FIRIN”, “MASADO” kimi qida məhsulları, “ULUSU”, “COOLSY”, “COOLSY COLA” kimi sərinləşdirici içkiləri, eləcə də “CLEVEREST”, “PAPI SOFT” qeyri-qida məhsulları əlçatan qiymət və yüksək keyfiyyət prinsipləri ilə istehlakçıların rəğbətini qazanıb.

Böyük uduşlar və stimullaşdırıcı lotereyalar

İl ərzində keçirilən kampaniyalar və lotereyalar yüzlərlə ailənin sevincinə səbəb olub. 2025-ci ildə iki dəfə təşkil olunan SUPER 5 lotereyası çərçivəsində 1 mənzil, 2 avtomobil və yüzlərlə müxtəlif hədiyyə BRAVO müştərilərinə təqdim edilib.

Bundan əlavə, “Ülker”, “Badamlı”, “Anchor”, “Karvan” (“Arko”, “Duru”, “Fax” məhsulları) , “Bizim Süfrə” brendləri ilə birgə həyata keçirilən lotereyalar çərçivəsində avtomobil və müxtəlif dəyərli hədiyyələr qazanmaq imkanı müştərilər tərəfindən böyük maraqla qarşılanıb.

Sosial məsuliyyət və ictimai dəstək

BRAVO sosial məsuliyyət layihələrini də davamlı şəkildə həyata keçirir. “Vətən Əmanətlərinin keşiyindədir!” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına bayram günlərində sovqatlar aparılır.

Bununla yanaşı, ASAN könüllülərlə birgə “Bir qəlbi də sən isit” və “Bilik karvanı” layihələri çərçivəsində aztəminatlı ailələrə və uşaqlarına müxtəlif hədiyyələr, ehtiyac məhsulları və təhsilyönümlü dəstək göstərilir. Bu təşəbbüslər cəmiyyətdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Ekoloji məsuliyyət və yaşıl təşəbbüslər

Ətraf mühitin qorunması “BRAVO”nun prioritet istiqamətlərindən biri olaraq qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan “Plastikləri tingə dəyiş” layihəsi nəticəsində yüzlərlə ağac əkilib.

Hipermarketlərin qarşısında quraşdırılan xüsusi qutular vasitəsilə son 1 il ərzində 500 kiloqramdan çox plastik tullantı toplanaraq təbiətə zərər vermədən emala yönləndirilib. Eyni zamanda, utilizasiyası çətin olan istifadə olunmuş batareyaların toplanmasına dəstək göstərilir.

Nəticə

2025-ci il BRAVO üçün yalnız inkişaf ili deyil, eyni zamanda, müştərilərə, cəmiyyətə və ətraf mühitə dəyər qatılan bir il kimi yadda qalıb. Şirkət innovasiya, müştəri məmnuniyyəti, sosial və ekoloji məsuliyyət prinsiplərinə əsaslanaraq gələcək illərdə də fəaliyyətini bu istiqamətdə davam etdirməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri