Qərar qərəzli və Azərbaycanı təhdid xarakteri daşıyır POLİTOLOQ ŞƏRH ETDİ
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Qərar qərəzli və Azərbaycanı təhdid xarakteri daşıyır. Avropa Parlamentinin Azərbaycana münasibətini və nə qədər obyektiv, ədalətli olmasını 44 günlük savaşda görmüşük. Azərbaycanla bağlı əbul olunmuş qərar Səmədovun və Əbilovun özbaşına həbsi adlanır". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, qərarın daxilində başqa adlar da var, amma qərar niyə bu iki separatçının adı ilə adlandırılır?: "Seperatçıların, yaxud kimlərinsə həbsi onları narahat etsəydi, onlar bunu bağlı qapılar arxasında müzakirə etməli idilər. Bunu etmirlərsə, deməli həbslərdən nəinki məyus olmayıblar, əksinə sevinib, Azərbaycana hücum üçün bir şans kimi qiymətləndiriblər. Qarabağdakı seperatçıların vaxtında məsuliyyətə cəlb olunmamasının hansı faciələrə yol açdığını gördük. Görünür, insanların iztirablarından, tökülən qanlardan doymayıblar. Azərbaycan hökuməti qərarlar qəbul edərkən dövlət maraqlarını nəzərə almalıdır. Mənim bu münasibətim də o cür qəbul olunmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Bu cür problemlər bütün ölkələrdə var, birində bir az az, digərində bir az çox. Biz, Avropa Parlamentinin qərəzli qərarını rədd etməklə yanaşı, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasını daha yaxşı təmin edəcək məhkəmə-hüquq islahatlarını da genişləndirməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















