Braziliya dövlətindən futbol ulduzlarına ultimatum
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Braziliya yığmasının ulduz futbolçuları Neymar və Vinisius Junior ölkələrində bukmeker kontorlarının təbliğatı ilə bağlı başlanan araşdırmalara cəlb olunublar.
Futbolpress.az xəbər verir ki, dövlət qurumları qumar platformalarının reklamında iştirak edən bir çox məşhur simaya profilaktik tədbirlər çərçivəsində rəsmi xəbərdarlıq ünvanlayıb.
Yoxlanılanlar siyahısında futbol ulduzları ilə yanaşı Ronaldo Nazario, Vanderley Luksemburq, Qalvau Bueno, Adriane Qalisteu, Leo Santana, Luçiano Huk və Kazimiro Migel də yer alıb.
Dövlət rəsmiləri ictimaiyyət arasında böyük nüfuza malik bu şəxslərə mərc şirkətləri ilə bağladıqları sponsorluq, reklam və tərəfdaşlıq müqavilələrini təkrar nəzərdən keçirməyi birmənalı şəkildə tövsiyə edib. Məşhurlardan tələb olunub ki, maliyyə mənfəətindən əlavə, tərəfdaşlıq etdikləri operatorların məsuliyyətli qumar siyasətinə, istehlakçıların hüquqlarının qorunmasına və Braziliya reklam qanunvericiliyinə tam əməl etmələrini diqqətdə saxlasınlar.
Artıq rəsmi bildiriş alan Neymara mövqeyini dəqiqləşdirmək tapşırılıb. Ulduz hücumçunun sponsorluq müqaviləsini davam etdirəcəyi və ya ləğv edəcəyi ilə bağlı qərarını verməsi üçün ona 10 iş günü vaxt ayrılıb.
Baxış sayı:139
Bu xəbər 17 Sentyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















