Icma.az
close
up
RU
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib

Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib

Braziliya millisinin sabiq futbolçusu, bu gün 43 yaşını tamamlayan Fabio Roşembak karyerasını bərpa edib.

“Report” “Dailystar”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan “Quarani de Xaxim" ilə qısamüddətli müqavilə bağlayıb.

O, yeni komandası ilə meydana çıxdığı ilk matçda 3:2 hesablı qələbəyə sevinib.

F.Roşembak 2014-cü ildə karyerasını bitirdikdən sonra xoruz döyüşlərində iştirak etməsi ittihamı əsasında həbs olunmuşdu. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatındakı fermasına basqın edərək, 89 xoruz və 100 000 dollardan (75.000 funt-sterlinq) çox nağd pul ələ keçirmişdi.

Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyanın “Barselona”, İngiltərənin “Midlsbro”, Portuqaliyanın “Sportinq” kimi klublarında çıxış edib. O, Braziliya yığmasının heyətində 7 oyun keçirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:24
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri