Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Braziliya millisinin sabiq futbolçusu, bu gün 43 yaşını tamamlayan Fabio Roşembak karyerasını bərpa edib.
“Report” “Dailystar”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan “Quarani de Xaxim" ilə qısamüddətli müqavilə bağlayıb.
O, yeni komandası ilə meydana çıxdığı ilk matçda 3:2 hesablı qələbəyə sevinib.
F.Roşembak 2014-cü ildə karyerasını bitirdikdən sonra xoruz döyüşlərində iştirak etməsi ittihamı əsasında həbs olunmuşdu. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatındakı fermasına basqın edərək, 89 xoruz və 100 000 dollardan (75.000 funt-sterlinq) çox nağd pul ələ keçirmişdi.
Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyanın “Barselona”, İngiltərənin “Midlsbro”, Portuqaliyanın “Sportinq” kimi klublarında çıxış edib. O, Braziliya yığmasının heyətində 7 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















