Braziliya prezidenti yenə əməliyyat olundu
Bir neçə gün əvvəl beyninə qan sızan Braziliya Prezidenti Lula da Silva yenidən əməliyyat edilib.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuatı dövlət başçısının həkimi Robertu Kalil Filyuya istinad məlumat yayıb.
Qeyd olunur ki, əməliyyat yenidən qansızma ehtimalı ilə əlaqədar həyata keçirilib.
“Prosedur uğurla başa çatıb. O, artıq ayılıb və danışa bilir”, - açıqlamada bildirilir.
Xatırladaq ki, Lula da Silva dekabrın 10-da təcili xəstəxanaya yerləşdirilib.
Baxış sayı:63
Mənbə:https://modern.az