Icma.az
close
up
RU
Braziliyada Ali Məhkəmənin yaxınlığında 2 partlayış baş verib

Braziliyada Ali Məhkəmənin yaxınlığında 2 partlayış baş verib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliyada Federal Ali Məhkəmənin (STF) yaxınlığında 2 partlayış səsi eşidildiyi və 1 nəfərin öldüyü bildirilib.

Bizimyol.info xəbər verir ki, "Agency Brasil"in məlumatına görə, paytaxt Braziliyada STF yaxınlığındakı meydanda iki partlayış səsi eşidilib və Ali Məhkəmədəkilər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hələlik partlayışlar nəticəsində 1 nəfərin öldüyü bildirilib. Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.

Federal Dairə Mülki Polisi tərəfindən verilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Partlayış səslərinin gəldiyi yerə yaxın olan Prezident Sarayı Planalto və Milli Konqresin yerləşdiyi ərazi piyada və avtomobillərin hərəkətinə tamamilə bağlanıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın sözçüsü Jose Xrispiniano verdiyi açıqlamada Lulanın sarayda olmadığını açıqlayıb. Səlahiyyətlilərdən verilən açıqlamada, paytaxt Braziliyada Ali Ədalət Məhkəməsi qarşısında partlayan bombanın intihar hücumu olduğu bildirilib.

Federal Dairə qubernatorunun müavini Selina Leao bildirib ki, paytaxtında partlayış nəticəsində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin (FVS) binasına girməyə cəhd edib.

"Bir vətəndaş FVS-yə yaxınlaşıb, içəri girməyə çalışıb, girə bilməyib və bundan sonra qapıda partlayış olub", - deyə "İnfobae" internet portalı onun sözlərini sitat gətirir.

"Metr poles" portalının məlumatına görə, bomba olan şəxs partlayışlardan əvvəl sosial şəbəkələrdə terror aktı ilə hədələyən Fransisko Vanderley olub. İlkin məlumatlara görə, Vanderleyə məxsus avtomobil əvvəlcə parlament binasının yaxınlığındakı dayanacaqda partlayıb, sonra isə FVS-də özünü partladıb.

Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində lideri Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro olan, lakin seçilməyən Liberal Partiyasından namizəd kimi iştirak edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri