Braziliyalı iştirakçı: Qonaqpərvərlik ruhu ilə Azərbaycan unudulmaz bir təcrübə yaradır
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi və tədbirin təşkili barədə təəssüratlarım çox müsbətdir. Bir həftədir ki, buradayam və bu müddət ərzində göstərilən qonaqpərvərlik, otel şəraitləri və ümumi təcrübə çox gözəl olub. Azərbaycanın zəngin mədəniyyəti, kulinariya müxtəlifliyi və xalqın səmimi qəbulu məndə dərin təəssüratlar yaratdı.
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn braziliyalı iştirakçı Raissa Gomes Mariano Muniz söyləyib.
Xanım iştirakçı öz təəssüratlarını bölüşərək qeyd edib: "Qonaqpərvərlik ruhu, tədbirin yüksək səviyyədə təşkili və zəngin milli mətbəxi ilə Azərbaycan iştirakçılar üçün unudulmaz bir təcrübə yaradır".
COP29-la əlaqədar yaradılmış pavilyonların və ümumi təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran qonaq əlavə edib: "Tədbirin hərtərəfli hazırlanması, həm logistika, həm də qonaq məmnuniyyəti baxımından Azərbaycan peşəkarlığını və beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığını bir daha sübut edir. Azərbaycanın gələcəkdə də bu kimi qlobal tədbirləri uğurla keçirəcəyinə inanıram və bu uğurları izləmək böyük məmnuniyyət yaradır".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















