Icma.az
close
up
RU
Diqqət, “kirli” siyasi texnologiya!

Diqqət, “kirli” siyasi texnologiya!

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Əlbəttə ki, Əli Kərimlinin həbsi ətrafında təxribatçıların müxtəlif kirli oyunlar qurması ilə bağlı fərqli cəhdlərin olacağını ehtimal etmək çox da çətin iş deyildi. Bu cür qənaətə gəlmək üçün mürəkkəb təhlil və siyasi proqnozlara ehtiyac yoxdur. Hadisələrin gedişatı növbəti dəfə bizim üçün onu aşkar etdi ki, bu düşərgə və bu siyasətmenin ümumiyyətlə heç bir sosial bazası yoxdur. Müşahidə olunan mənzərə təkcə Ə.Kərimlinin yox, bütün düşərgənin siyasi fiaskosunun təzahürüdür.
Əslində, sözügedən həqiqəti radikal düşərgənin digər qanadında oturanlar çox gözəl anlayır və məhz bu səbəbdən də son günlərdə düşərgənin “bayraqtutanı” statusu uğrunda aparılan rəqabətin əlamətlərini də görürük. Odur ki, yaşananlar həmin düşərgənin ideoloji birliyi ilə bağlı olan mifi də darmadağın etmiş oldu. Məsuliyyətli vətəndaş bəzi hadisələr ilə əlaqədar şəxsi münasibətini formalaşdıran zaman emosional manipulyasiyalara uymamaq üçün bu cür siyasi həqiqətləri mütləq nəzərə almalıdır.


Mövcud kontekstdə “təxribatçı radikal düşərgə” ifadəsi təsadüfən seçilməyib. Çünki, onlar tərəfindən uzun illər ərzində sərgilənən mövqenin sağlam və peşəkar müxalifətçilik institutu ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə, yoluxucu radikal təfəkkürün mövcudluğu Azərbaycanda siyasi partiyaların işlək və demokratik institut kimi inkişafının qarşısını alırdı. Cəmi 5-6 il öncə siyasi partiyalar ilə əlaqədar cəmiyyətdə yaşanan neqativ stereotipləri unutmayaq. Partiyalara ictimai münasibətin dəyişdirilməsi və bu institutun ölkənin siyasi sistemində rolunun artması sözügedən istiqamətdə bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış islahatlardan sonrakı dövrə təsadüf olunur. Bu gün partiya sədrləri mətbuatdadır, müxtəlif hadisələr ilə bağlı münasibət bildirir, tədbirlər təşkil edir və dövlətin maraqlarını bütün müstəvilərdə qoruyurlar. Budur vətənpərvər, konstruktiv, peşəkar və demokratik yanaşma. Təşviq olunan siyasi dialoq mühiti də məhz bu cür prinsip və yanaşmanı tərənnüm edir.
Bu da bir həqiqətdir ki, Ə.Kərimli həbsdə olduğu müddət ərzində sözügedən faktdan müxtəlif təxribatlar həyata keçirtmək üçün hələ çox istifadə olunacaqdır. Ə.Kərimli və təmsil etdiyi düşərgənin ölkənin daxilində heç bir ciddi sosial baza olmadığı üçün onların tək ümidi kuratorları tərəfindən yazılmış ssenarilərə qalıb. Elə ona görə də təxribat xarakterli ssenariləri tərksilah etmək üçün artıq istifadə olunan və ya istifadə oluna biləcək kirli siyasi texnologiyalar zamanında ifşa olunmalıdır. Yalnız bu halda sıravi vətəndaşın kimlərinsə məkrli planlarında alət kimi istifadə olunmasının qarşısı alına bilər.


Konkret hadisə ilə bağlı cəmiyyətdə emosional dalğanın yaradılması üçün istifadə olunan ən populyar “kirli” siyasi texnologiya həbsdə olan siyasətçinin ailə üzvlərindən istifadə edilməsidir. Bir çox ölkələrin siyasi təcrübəsində analoji texnologiyadan dəfələrlə istifadə olunub. Sözügedən texnologiya cəmiyyətin diqqətini konkret cinayət faktından yayındırır və əhalinin düşüncələrini emosional müstəviyə sürükləməsinə xidmət edir. Əlbəttə ki, bunun nəticəsində həqiqət rahatlıqla təhrif olunur.
Bu dəfə də, yəni Ə.Kərimlinin həbsi ətrafında manipulyativ ssenariləri yazanlar sözügedən metodun potensiallarına müraciət ediblər. Belə ki, cəmiyyətin parçalanması kimi məkrli məqsədlərindən əl çəkməyən qüvvələrin dəstəyi ilə Ə.Kərimlinin həyat yoldaşının müsahibələri təşkil olunur və tirajlanır. Odur ki, diqqətli olmaq lazım, “kirli siyasi texnologiyalar” artıq hərəkətə gətirilib. Görünür seçkilər zamanı olduğu kimi, bu dəfə də manipulyasiyaların qarşısını almaq üçün istifadə olunacaq siyasi texnologiyaların ifşa olunmasına xidmət edən yazılara ehtiyac vardır.
Təfərrüatlara varmadan və oxucunu qəliz mülahizələr ilə yormadan sözügedən texnologiyanın (təşkil olunan müsahibənin) əsl təyinat və hədəflərini ifşa edək. Həbsdən demək olar ki, iki ay sonra bu cür müsahibələrin təşkili hadisənin emosional yenilənməsi və yeni informasiya dalğalarının yaradılmasına hesablanıb. Müsahibə vasitəsilə cəmiyyətə köhnə hadisələrin yeni siyasi interpretasiyaları təqdim olunur.
Beləliklə, sözügedən siyasi texnologiya imkan yaradır ki, konkret olaraq heç nə etmədən məsələ ilə bağlı yeni siyasi situasiya yaradılsın. Sözsüz ki, müsahibələrin təşkili süni şəkildə AXCP-nin də müəyyən mənada aktuallaşmasına xidmət edir. Müsahibə emosional manipulyasiyalar ilə yanaşı, həm də radikal müxalifət düşərgəsinin yeni simanın qazandırmasına hesablanıb.


Təşkil olunmuş bu müsahibələrdə səsləndirilmiş fikirlərə diqqət yetirsək burada daha böyük hiylələrin gizləndiyini görə bilərik. Aydın məsələdir ki, Azərbaycanın qlobal enerji bazarında iştirak payının artması və ABŞ ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafı kimlərisə ciddi şəkildə narahat edir. Ona görə də ölkəmizin beynəlxalq enerji bazardakı rolunu məhdudlaşdırmaq və ABŞ-ni Azərbaycandan uzaqlaşdırmaq üçün mənfur qüvvələr tərəfindən bütün fürsətlər dəyərləndiriləcəkdir. Bu mənada məqalədə öz əksini tapmış fikir vasitəsilə - “müxalifət sabah hakimiyyətə gəlsə, Azərbaycan Qərblə daha da yaxından əməkdaşlıq edəcək”, - müəyyən dairələrə açıq mesaj ötürülür.
Müsahibədə Kərimlinin həbsində dolayısilə hətta ABŞ-ni da günahlandıran müəllif sadəcə ona verilmiş konkret təlimatların icrası ilə məşğul olur. Əlbəttə ki, hədəfləri siyasi sabitliyin pozulması və cəmiyyətin parçalanması olan qüvvələrin strateji təyinatı konkret ölkədə protest elektoratının formalaşdırılmasıdır. Biz öz tariximizdə bu cür uğursuz cəhdləri dəfələrlə müşahidə etmişik. Ona görə də belə müsahibələrin təşkili eyni zamanda potensial protest elektoratının test olunması kimi də dəyərləndirilə bilər.
Bu cür təxribat xarakterli texnologiyaları mərd xalqımız nağıllardakı “Biri var imiş biri yox imiş” sözləri kimi çoxdan tanıyır. Tətbiq olunan “kirli” siyasi texnologiyaları ifşa edək, məsuliyyətli olaq və emosional manipulyasiyalara uymayaq ki, suverenliyimizin toxunulmazlığını əbədi olaraq qoruya bilək.

politoloq Asif Adil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri