Braziliyalı ulduz futbolçunun vəziyyəti PİSLƏŞDİ: xəstəxanaya yerləşdirilib
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyanın "San-Paulu" klubunun 34 yaşlı futbolçusu Oskar tibbi test zamanı huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyada karyerasını davam etdirən Oskar klubun tibbi mərkəzində keçirilən stres testi zamanı özünü pis hiss edib. Onun ürək ritmində qəfil dəyişiklik müşahidə olunduqdan sonra tibbi heyət tərəfindən dərhal müdaxilə edilib və futbolçu xəstəxanaya aparılıb.
"San-Paulu" klubundan verilən açıqlamada futbolçunun ürək ritmində nizamsızlıq aşkarlanması səbəbindən onun həkim nəzarəti altında saxlanıldığı bildirilib.
Qeyd edək ki, Oskar 2012-2017-ci illərdə İngiltərənin "Çelsi" klubunun heyətində çıxış edib, daha sonra 2017-2025-ci illərdə Çin Superliqasında oynayıb.
Hüseyn
Milli.Az
Baxış sayı:75
Bu xəbər 12 Noyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















