Braziliyanın iqlim üzrə diplomatının COP30 prezidenti təyin ediləcəyi gözlənilir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 21 yanvar, AZƏRTAC
Bu gün Braziliyada keçiriləcək COP30 qlobal iqlim sammitinin prezidenti müəyyən olunacaq.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təyin olunacaq vəzifəyə bu ölkənin Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Korrea do Laqonun seçilməsi gözlənilir.
Korrea do Laqo 2011-2013-cü illərdə, həmçinin 2023-cü ildən qlobal iqlim sammitlərində Braziliyanın nümayəndəsidir. O, 2001-ci ildən iqlim diplomatiyası və davamlı inkişaf sahəsində çalışır. Noyabr ayında keçiriləcək COP30 sammitində Korrea do Laqo ölkələrin nümayəndə heyətləri arasında baş koordinator və vasitəçi rolunu oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















