Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Bonnda Muxtar Babayev Braziliyanın COP30 gənc iqlim çempionu ilə görüşüb

Bonnda Muxtar Babayev Braziliyanın COP30 gənc iqlim çempionu ilə görüşüb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bonn, 16 iyun, AZƏRTAC

Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) növbəti sessiyası çərçivəsində COP30-un hazırlıq prosesi ilə bağlı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayevin, COP29-un Gənclər İqlim Çempionu Leyla Həsənovanın COP30-un gənc iqlim çempionu Marsele Oliveyra (Marcele Oliveira) və onun komandası ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Muxtar Babayev COP prosesində gənclər təşkilatları ilə səmərəli əməkdaşlığın qurulmasının xüsusi əhəmiyyətini qeyd edib. Muxtar Babayev gənclərin həm milli, həm də beynəlxalq səviyyədə proseslərə daha fəal cəlb olunmalarının vacibliyini vurğulayıb.

“Artıq 150 gündən az müddət qaldığını nəzərə alsaq, gənclərin bu iqlim platformasındakı rolu olduqca çətindir. Gənclər həm tərəflər, həm rəhbərlik, həm də gənclər və uşaqlar arasında körpü rolu oynayırlar. Həmçinin COP30-un media strategiyasının hazırlanması çox vacibdir. İqlim məsələləri ilə bağlı yalnız ekoloji sahədə deyil, bütün dünyada, xüsusilə də gənclər və uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır. Bu məqsədlə güclü kommunikasiya və media resursları səfərbər edilməlidir”, - deyə M.Babayev əlavə edib.

COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənova çıxışında qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin iştirakı həlledici əhəmiyyət daşıyır. O, ötən il Azərbaycanda keçirilmiş “COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi”nin uğurlarını vurğulayaraq bildirib ki, 35 ölkədən 75 gənc müəllim bu təşəbbüsdə iştirak edib və iqlim elmi üzrə maarifləndirmə təlimlərinə qatılıb. Onun sözlərinə görə, bu cür təşəbbüslər gənclərin iqlim proseslərinə fəal qoşulmalarına imkan yaradır.

Leyla Həsənova, həmçinin COP30 çərçivəsində Braziliya ilə əməkdaşlıq etməyə hazır olduqlarını və növbəti iqlim düşərgəsinin birgə təşkili üçün tərəfdaşlıq təklif etdiklərini diqqətə çatdırıb.

COP30-un Braziliya nümayəndəsi, gənclər üzrə nümayəndə Marsele Oliveyra çıxışında “Mutirão” təşəbbüsünün əhəmiyyətinə toxunub. O bildirib ki, bu təşəbbüs gənclərin və yerli icmaların birgə fəaliyyətini təşviq edir. “Bizim əsas məqsədimiz yalnız yüksəksəviyyəli qərarverici şəxslərlə deyil, həm də məktəblərdə, kəndlərdə, Amazon meşəsində yaşayan gənclərlə birbaşa əlaqə qurmaqdır”, - deyən M. Oliveyra əlavə edib ki, COP30-un Belendə – Amazon regionunda keçirilməsi bu prosesin daha da aktuallaşmasına səbəb olacaq. “Biz bu COP-u dünyanın sonu yox, yenidən doğuş fürsəti kimi görürük”, - deyə o bildirib.

Tədbirin yekununda iştirakçılar COP30 hazırlıqları çərçivəsində ortaq fəaliyyət planının hazırlanması, regional məsləhətləşmələrin keçirilməsi və gənclər üçün platformaların gücləndirilməsi barədə razılığa gəliblər.

Sonda braziliyalı gənc iqlim çempionu bütün verilən məsləhətlərə və göstərilən dəstəyə görə COP29 Sədrliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, COP30 sammiti 2025-ci ilin noyabrında Braziliyanın Belen şəhərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri