Türkiyədə Mourinyoya qarşı cinayət işi açılacaq?
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin "Qalatasaray" futbol klubu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyoya qarşı cinayət işinin açılması üçün polis və prokurorluğa rəsmi müraciət etməyə hazırlaşır.
Missiya.Az xəbər verir ki, buna səbəb Mourinyonun ötən axşam “Qalatasaray”la keçirilən matçdan sonra verdiyi açıqlamalardır.
Xüsusilə, portuqaliyalı mütəxəssis oyun zamanı baş verən epizoddan danışaraq, “Qalatasaray” təmsilçilərinin ehtiyat oyunçular skamyasında meymunlar kimi tullandığını qeyd edib.
“Qalatasaray” bu cür şərhləri pisləyir, onları təhqiredici və dözülməz hesab edir. Klub əmindir ki, Mourinyonun sözləri idman etikasının pozulmasıdır və hüquqi nəticələr verə bilər.
Bununla bağlı klub rəhbərliyi müvafiq qurumlardan “Fənərbağça”nın çalışdırıcısı barəsində müvafiq tədbir görülməsini tələb edərək, qanuni addım atmaq qərarına gəlib.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:109
Bu xəbər 25 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















