Icma.az
close
up
RU
“BRİKS dollara qarşı alternativlərin yaradılması prinsipindən geri çəkilməyəcək”

“BRİKS dollara qarşı alternativlərin yaradılması prinsipindən geri çəkilməyəcək”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Əli Zülfüqaroğlu: “Yeni rezerv valyutaların yaranması qaçılmazdır”

BRİKS ölkələri Vaşinqtonun 150% tarifləri tətbiq etmək və həmçinin onlarla ticarəti dayandırmaq hədəsindən sonra hesablaşmalarda dollara öz alternativlərini yaratmaq planlarından əl çəkib.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, BRİKS ölkələrinin yeni valyuta yaratmaq istədiklərini, bəlkə də Çin yuanından istifadə etməyi planlaşdırdıqlarını, lakin Vaşinqtonun təhdidindən sonra fikirlərini dəyişdiklərini vurğulayıb.

Məsələni şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, hazırda dünya nizamında xaotik mərhələnin başlamasının təməl səbəbi qlobal maliyyə sisteminin çöküşüdür: “Bunu təsəvvür etmək üçün tarixi proseslərə nəzər salmaq mütləqdir. İkinci Dünya müharibəsinin nəticəsi olaraq, dollar funt sterlinqi əvəzlədi və dünyanın rezerv valyutası oldu. Eyni zamanda müstəqil hesab olunan mərkəzi banklar daha sonra bir növ FED-in flialı statusunu daşımağa başladı: “1971-ci ildə isə ABŞ-ni idarə edən FED qızıla indeksli dolların qarşılıqsız çap edilməsinə nail oldu və beləliklə də dünyada neft və qazın dollarla satılmasını təmin etməklə petrodollar sisteminin əsasını qoydu. Bu gün dünyanın milli gəliri 100 trilyon, xarici borc 300 trilyon dollardır. Dünyada FED, Beynəlxalq Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu və s. beynəlxalq maliyyə təsisatlarının dövriyyəsində olan dollar kütləsi bütün dünyanın milli gəlirindən dəfələrlə çoxdur. Yəni arxasında əmtəə olmayan dollar və eyni zamanda bir sıra milli vayutalar o həddə çatıb ki, partlayış-hiperinflyasiya qaçılmazdır. Ona görə də bu sitemin davam etdirilməsi mümkünsüz olduğu üçün yeni maliyyə sisteminə ehtiyac yaranıb. Bundan istifadə edən dövlətlər dollar təzyiqindən xilas olmaq üçün müxtəlif ittifaqlar yaradırlar. Çünki dünyada ABŞ və Rusiya başda olmaqla bu sistemə qarşı təkbaşına mübarizə aparacaq dövlət mövcud deyil”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, BRİKS də bu missiyanı həyata keçirmək üçün qurulan təşkilatdır: “İndiyə qədər, yəni İkinci Dünya müharibəsindən sonra dünya nizamını dövlətlər deyil, qlobal maliyyə təsisatları, onların törəmələri olan və bütün sahələri əhatə edən mondialist təşkilatlar formalaşdırıb. Bununla da dünya hakimiyyəti qurublar. Hazırda bu düzən dağılır və bu proses özü ilə böhran, geosiyasi dağıntılar gətirməklə, hərbi toqquşmalara səbəb olmaqla yanaşı, həm də dövlətlərin faiz boyunduruğundan xilas olması üçün yeni fürsətlər yaradır”.

Ekspert diqqətə çatdırıb ki, buna görə də, xüsusilə Trampın hakimiyyətə gəlməsindən sonra qarşıdurma vəziyyətində olan dövlətlər arasında konsensus əldə olunur, müttəfiq dövlətlər arasında isə qarşıdurma yaranır: “Bütün arzuolunmaz vəziyyətə və maraq toqquşmasına rəğmən yeni dünya nizamını milli dövlətlər anlayışının formalaşdıracağı halda dünyada yeni və əvəvlki dövrlərlə müqayisədə ədalətli sistem qurula bilər. Bunun üçün isə BRİKS hazırda mərkəzi güc rolunu oynayır. Eyni zamanda Tramp administrasiyasının özü belə dollar əsarətindən qurtulmaq üçün müxtəlif dövlətlərin dəstəyinə ehtiyac duyur. Yəni Tramp Birləşmiş Ştatların hegemoniyasının davam etməsində maraqlı ola bilər, amma heç bir halda təkqütblü dünyanın mövcudluğunu saxlaya bilməz. Artıq dünya geridönüşü mümkün olmayan bir mərhələyə qədəm qoyub. BRİKS-də zəif bənd Hindistandır və Birləşmiş Ştatların yeni administrasiyası ilə əməkdaşlıqda maraqlı olan Hindistanın fərqli mövqe nümayiş etdirmə ehtimalı nəzəri cəhətdən mümkündür. Amma düşünürəm ki, BRİKS-in dollara qarşı alternativlərin yaradılması prinsiplərindən geri çəkilməsi bu qurumda təmsil olunan dövlətlərin intiharı deməkdir. Yeni dünya nizamında qlobal oliqarxiyanın deyil, dövlətlərin formalaşdıracağı yeni maliyyə sistemi və yeni rezerv valyutaların yaranması qaçılmazdır və vazkeçilməz şərtdir. Ona görə də BRİKS uzaq perpektivə heablanan hədəfləri prioritet hesab edir və geri çəkiləcəyini düşünmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri