Icma.az
close
up
RU
Britaniya aviadaşıyıcısı Cənubi Koreya sahillərində təlim keçirib

Britaniya aviadaşıyıcısı Cənubi Koreya sahillərində təlim keçirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Prince of Wales” aviadaşıyıcısı Cənubi Koreyanın Busan şəhərinin cənubunda yerləşən beynəlxalq sularda hərbi təlim keçirib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Birləşmiş Krallığın Koreya Respublikasındakı səfirliyinə istinadla məlumat yayıb.

Təlimlər zamanı F-35B tipli qırıcı təyyarələrdən istifadə edilməklə hava qüvvələrinin imkanları nümayiş olunub.

Böyük Britaniyanın Cənubi Koreyadakı səfirinin sözlərinə görə, təlimlər Londonun Seulla əməkdaşlıq səviyyəsini, həmçinin strateji tərəfdaşlığı dərinləşdirmək və regionun təhlükəsizlik arxitekturasına töhfə vermək əzmini göstərir.

Aviadaşıyıcının heyəti təxminən 700 nəfərdən ibarətdir. Ümumilikdə isə gəmidə 1600-dək hərbçi və 24 ədəd F-35B döyüş təyyarəsi yerləşdirilə bilər.

Bundan əlavə, Koreya Respublikası və Böyük Britaniya üç gəmi ilə hərbi manevrlər həyata keçiriblər. Manevrlərin məqsədi iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq olub.

Qeyd edək ki, 2025-ci ilin avqust ayının ortalarında Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Busan limanına gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri